Uşaqlarda boy artımı
Valideynləri ən çox narahat edən mövzulardan biri də uşaqların boy problemidir. Boy artımı uşaqların normal böyüməsi və inkişafı üçün vacib göstəricilərdəndir. Boy artımının ləngiməsi əsasən 2-5 yaşlarda aşkar edilir. Uşağın normal boyu Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən müəyyən olunmuş cədvəllərə əsasən hesablanır. Uşağın boyu həmin cədvəldən çox aşağı həddədirsə, uşaq müayinə edilir, boy hormonu (somatotropin) yoxlanılır …










