Vətən müharibəsində Zəfər Qələbəsinin qazanılmasında böyük şücaət və igidlik göstərən qazimizin övladı ağır vəziyyətdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna çatdırılıb. Körpəyə ətraflı müayinə zamanı “Yenidoğulmuşların digər bakterial agentlər tərəfindən törədilən sepsisi. Yenidoğulmuşun tənəffüs çatışmazlığı. Yenidoğulmuşlarda hipoksik işemik ensefolapatiya. Zülalların çatışmazlığı nəticəsində yaranan anemiya. Retinal qansızma.” diaqnozları qoyulub.
Pediatr t.ü.f.d.,dos. Sevinc Nəsirova tərəfindən aparılan kompleks və planlı müalicələrdən sonra şəhidimizin adını daşıyan Əli balamız sağ-salamat evə yazılıb.
Körpə pediatr, nevroloq və oftalmoloqun dinamik müşahidəsi altındadır.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu olaraq şəhid, qazi övladlarına diqqət və qayğı ilə yanaşmaq işimizin əsas istiqamətlərindən biridir.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *