Səhiyyə Nazirliyinin K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun əməkdaşları beynəlxalq konqresdə məruzələrlə çıxış edəcəklər
3–5 iyul 2026-cı il tarixlərində Çin Xalq Respublikasının Sian şəhərində keçiriləcək XIII Avrasiya Uşaq Həkimləri Konqresi “Uşaq və cəmiyyət: sağlamlıq, inkişaf və qidalanma problemləri” çərçivəsində Səhiyyə Nazirliyinin K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun əməkdaşları dəvətə əsasən ölkəmizi beynəlxalq elmi platformada təmsil edəcəklər. Konqresdə institutun Pediatriya üzrə Elmi Şöbəsinin müdiri, t.ü.f.d. Günay Bədəl qızı Salehova və …









