Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda seminar keçirilib
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda həkim-rezidentlərin bilik və bacarıqlarının artırılması məqsədilə növbəti ənənəvi seminar keçirilib. Seminarda institutun həkim-kollektivi və həkim-rezidentlər iştirak ediblər. Direktorun müalicə işlər üzrə müavini, həkim-pediatr t.e.d. Nüşabə Pənahovanın rəhbərliyi ilə həkim rezident Rəhimə Səfərli “Uşaqlarda su duz mübadiləsinin xüsusiyyətləri. Saxlayıcı maye və defisit mayenin hesablanması. Hipo ve hipernatriemiya, …










