Peyvənd xəstəliyin ağır gediş riskini minimuma endirir. İmmuniteti təmin etmək məqsədilə iki dozalı peyvənd rejimi tövsiyə olunur, çünki ilk dozadan sonra bütün uşaqlarda immunitet yaranmaya bilər.
Qızılcaya istənilən insan yoluxa bilər, lakin kiçik yaşlı (5 yaşa qədər) uşaqlarda yoluxma riski daha yüksəkdir.
Qızılcanın xüsusi müalicəsi yoxdur. Xəstəyə düzgün qulluq təşkil edilməli və görülən bütün tədbirlər fəsadların qarşısını almağa yönəlməlidir.