events

ETPİ-də növbəti ənənəvi seminar keçirilib

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda həkim-rezidentlərin bilik və bacarıqlarının artırılması məqsədilə növbəti ənənəvi seminar keçirilib. Seminarda institutun həkim-kollektivi və həkim-rezidentlər iştirak ediblər. Həkim-pediatr t.e.d.,dos Adilə Hacıyevanın rəhbərliyi ilə həkim-rezident Çiçək Məmmədli “Yenidoğulmuşa qulluğun əsas prinsipləri” mövzusunda ətraflı təqdimatla çıxış edib. Həkim-rezident çıxışında yenidoğulmuşlarda aparılan ilkin müayinələr, ana südü ilə qidalanmanın üstünlükləri, …

ETPİ-də növbəti ənənəvi seminar keçirilib Read More »

35 həftəlik qida borusunun atreziyası diaqnozu ilə doğulan körpə ETPİ-də uğurla əməliyyat olunub

Vətən müharibəsi iştirakçısı, hərbiçimiz Oruc Mustafayevin 35 həftəlik qida borusunun atreziyası diaqnozu ilə doğulan körpəsi ağır vəziyyətdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun Reanimasiya və intensiv terapiya şöbəsinə (RİTŞ) çatdırılıb. Həkim-reanimatoloq Gülnarə Quliyeva tərəfindən aparılan əməliyyatönü hazırlıqdan sonra körpə əməliyyata alınıb. Həkim-cərrah Heyrət Əhmədov tərəfindən, anestezioloq Nailə Səlimovanın iştirakı ilə körpəyə qida …

35 həftəlik qida borusunun atreziyası diaqnozu ilə doğulan körpə ETPİ-də uğurla əməliyyat olunub Read More »

Elmi Şuranın növbəti (noyabr ayı üçün) 4 saylı iclası keçirilib

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda (ETPİ) Elmi Şuranın növbəti (noyabr ayı üçün) 4 saylı iclası keçirilib. Elmi Şuranın 17 nəfər üzvünün iştirakı ilə keçirilən iclasın gündəliyində – K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun klinik bölmələrinin (Yenidoğulmuşların reanimasiya və intensiv terapiya şöbəsi, Poliklinika şöbəsi, Qəbul şöbəsi) 2023-cü il üçün yarımillik hesabatı, o cümlədən …

Elmi Şuranın növbəti (noyabr ayı üçün) 4 saylı iclası keçirilib Read More »

Beynəlxalq Vaxtından Əvvəl Doğulmuş Uşaqlar Gününə həsr olunan tədbir keçirilib

Beynəlxalq Vaxtından Əvvəl Doğulmuş Uşaqlar Gününə həsr olunan tədbir keçirilib. Tədbirin birinci hissəsi 17.11.2023-cü il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda baş tutub. Tədbirdə institutun rəhbərliyi, həkim-kollektivi, həkim-rezidentlər iştirak ediblər. Açılış nitqi ilə çıxış edən institutun direktoru vəzifəsi səlahiyyətlərini icra edən t.ü.f.d.,dos. Aynur Poluxova pediatriyanın gənc sahələrindən olan neonatologiyanın elm kimi …

Beynəlxalq Vaxtından Əvvəl Doğulmuş Uşaqlar Gününə həsr olunan tədbir keçirilib Read More »

“Müasir tibbdə Kistoz Fibroz (KF)-Standart müalicədən modulyator müalicəsinə doğru” mövzusunda dəyirmi masa keçirilib.

Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu, Kistik Fibroz Xəstələrinə Yardım İctimai birliyi və Azərbaycan Pediatriya Cəmiyyətinin təşkilatçılığı ilə 15 noyabr 2023 tarixində “Müasir tibbdə Kistoz Fibroz (KF)-Standart müalicədən modulyator müalicəsinə doğru” mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masada aidiyyəti dövlət qurumlarının nümayəndələri və …

“Müasir tibbdə Kistoz Fibroz (KF)-Standart müalicədən modulyator müalicəsinə doğru” mövzusunda dəyirmi masa keçirilib. Read More »

Bu gün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya Institutunda Zəfər Günü münasibətilə tədbir keçirilib

Bu gün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya Institutunda Zəfər Günü münasibətilə tədbir keçirilib. Tədbirdə institutun rəhbərliyi və kollektivi iştirak ediblər. Ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra tədbirdə qazanılmış tarixi Qələbənin üçüncü ildönümünün ölkəmizin hər bir bölgəsində təntənə ilə …

Bu gün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya Institutunda Zəfər Günü münasibətilə tədbir keçirilib Read More »

Türk Pediatrı Qurumu tərəfindən 03-05 noyabr 2023-cü il tarixində ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi və Türkiyə Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümünə həsr olunan “Tək millət, iki dövlət. Azərbaycan-Türkiyə Pediatriya Günləri” adlı elmi-praktik konfrans keçirilib

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İstitutunun (ETPİ) direktoru vəzifəsi səlahiyyətlərini icra edən t.ü.f.d.,dos Aynur Poluxova tədbirin ikinci günündə “Uşaqlarda çox rast gəlinən dəri xəstəlikləri” mövzulu paneldə sədrlik edib. ETPİ-nin həkim-pediatrı Gülnaz Ağayeva “Tez-tez xəstələnən uşaqlara pediatrın fərdi yanaşması” mövzusunda çıxış edib. 100-dən artıq iştirakçının qatıldığı konfransda Türkiyənin ən nüfuzlu universitetlərinin çoxsaylı alimlərinin …

Türk Pediatrı Qurumu tərəfindən 03-05 noyabr 2023-cü il tarixində ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi və Türkiyə Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümünə həsr olunan “Tək millət, iki dövlət. Azərbaycan-Türkiyə Pediatriya Günləri” adlı elmi-praktik konfrans keçirilib Read More »