Beynəlxalq Vaxtından Əvvəl Doğulmuş Uşaqlar Gününə həsr olunan tədbir keçirilib

Beynəlxalq Vaxtından Əvvəl Doğulmuş Uşaqlar Gününə həsr olunan tədbir keçirilib. Tədbirin birinci hissəsi 17.11.2023-cü il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda baş tutub. Tədbirdə institutun rəhbərliyi, həkim-kollektivi, həkim-rezidentlər iştirak ediblər. Açılış nitqi ilə çıxış edən institutun direktoru vəzifəsi səlahiyyətlərini icra edən t.ü.f.d.,dos. Aynur Poluxova pediatriyanın gənc sahələrindən olan neonatologiyanın elm kimi formalarından, həmçinin, bu günün mahiyyətindən, bayramın tarixindən, institututda fəaliyyət göstərən vaxtından əvvəl doğulmuş və yenidoğulmuş elmi bölmələrinin təşkil olunması tarixindən, bu uşaqlara göstərilən xidmətdə ölkəmizdə yeganə şöbə olaraq, aparılan işlərdən və gələcək prespektivlərtdən söz açıb. Daha sonra vaxtından əvvəl doğulmuş uşaqlara həsr olunan videorolik nümayiş etdirilib. Tədbirdə körpələrə müxtəlif hədiyyələr təqdim edilib. Tədbirin davamı məqsədilə bu günün tarixinə həsr olunan elmi-praktik konfrans keçirilib. Yerli və xarici mütəxəssislərin iştirakı ilə keçirilən konfransda müxtəlif mövzulara həsr olunan çıxışlar dinlənilib. Tədbirin məqsədi vaxtından əvvəl doğulan körpələrin həyatda qalması üçün səylərin artırılması, vaxtından qabaq doğulmuşların peyvəndlənməsi, vaxtından əvvəl doğum prosesinin baş vermə riskinin minimuma endirilməsi, eləcə də onların sağlamlıqlarının qorunması üçün maddi, mənəvi və tibbi yardımın göstərilməsindən ibarət olub. Konfrans Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Elmi-Tibbi Şurası tərəfindən 6 DTT kredit balı ilə qiymətləndirilib.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *