14 iyun – Ümumdünya Qan Donoru Günü

Səhiyyə Nazirliyi K..Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda “Ümumdünya Qan Donuru Günü” çərçivəsində maarifləndirmə tədbiri keçirilib. Tədbirdə institutun rəhbərliyi və kollektivi iştirak edib. Tədbirin açılışı institutun direktoru t.ü.f.d.,dos. Aynur Poluxovanın nitqiylə başlayıb. Direktor çıxışında bu günün tarixindən danışıb. Ümumdünya Qan Donoru Gününün təmənnasız qan donorlarının şərəfinə qeyd olunan xüsusi gün olduğunu bildirən direktor cəmiyyətdə donor qanına olan ehtiyac və zərurəti, həyatı xilas etmək, sağlamlığın səviyyəsini artırmaq üçün qan donorluğuna yeni insanları cəlb etməyin vacibliyini vurğulayıb. Kifayət qədər təhlükəsiz qan ehtiyatının yaradılması hər bir ölkənin səhiyyə sahəsində milli siyasətin ayrılmaz hissəsi olmalıdır. Təhlükəsiz donor qanına ehtiyac günbəgün artır. Təcrübə göstərir ki, ən təhlükəsiz olan məhz könüllü, təmənnasız donorların qanıdır. Daha sonra Bakterioloji laboratoriya şöbəsinin kiçik elmi işçisi Ləman Həsənli “Ümumdünya Qan Donoru Günü” münasibətilə təqdimatla çıxış edib. Tədbirin sonunda suallar cavablandırılıb.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *