Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda ilk dəfə olaraq Yenidoğulmuşların eşitmə skrininq testi təşkil olunub

Yenidoğulmuşların eşitmə skrininq testi İcbari Tibbi Sığortanın “Xidmətlər Zərfi” çərçivəsində ödənişsiz həyata keçirilir. Prosedur tam ağrısız və çox vaxt da körpələrimiz yuxuda olan zaman aparılır.
Eşitmənin normal olması uşağın əqli, emosional və sosial inkişafı üçün mühüm əhəmiyyətə malikdir. Eşitmə azlığı tez aşkar olunarsa onun nitqin inkişafına da təsiri minimuma endirilə bilər.
Yenidoğulmuşların eşitmə skrininq testi aparılmasının məqsədi uşaqlarda eşitmə azlığının erkən diaqnostikası və reabilitasiyasının həyata keçirilməsidir.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *