ETPİ-yə ağır vəziyyətdə çatdırılan körpə sağalaraq evə yazılıb

Körpə olduqca ağır vəziyyətdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun Yenidoğulmuşların reanimasiya və intensiv terapiya şöbəsinə çatdırılıb.
Ətraflı müayinə zamanı körpəyə nekrotik qastrit, mədənin çoxsaylı perforasiyaları, yayılmış peritonit diaqnozları qoyulub.
Həkim-reanimatoloq Gülnarə Quliyeva tərəfindən aparılan əməliyyatönü hazırlıqdan sonra körpə əməliyyata alınıb. Həkim-cərrah Umud Musayev tərəfindən uşaq cərrahı Sona Cəbiyevanın assisentliyi ilə körpəyə laparotomiya, qastrorafiya əməliyyatı icra olunub.
Reanimatoloqların səyi, tibb bacılarının körpəyə qulluğu sayəsində vəziyyəti yaxşılaşıb və evə yazılıb.
Körpənin valideynləri Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun bütün kollektivinə, müalicə həkimi reanimatoloq Gülnarə Quliyevaya, uşaq cərrahları Umud Musayevə, Sona Cəbiyevaya, anestezioloq Afaq Salmanova təşəkkür edib və körpəmizə Umud adını veriblər.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *