ETPİ-nin rəhbərliyi institutun tibb bacılarını “Beynəlxalq Tibb Bacısı günü” münasibətilə təbrik edib

Səhiyyə Nazirliyi və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə nazirliyin 2 nömrəli Bakı Baza Tibb Kollecində 12 may – Beynəlxalq Tibb Bacısı Gününə həsr olunmuş tədbirdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun baş tibb bacısı Nazilə Məmmədova iştirak edib.
Həmçinin bu gün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun rəhbərliyi institutun tibb bacılarını “Beynəlxalq Tibb Bacısı günü” münasibətilə təbrik edib.
Xəstələrin sağalıb şəfa tapması və normal həyata qayıtmağında həkimlərlə çiyin-çiyinə çalışan tibb bacılarına bu çətin işdə güc və səbr diləyirik.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *