Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun rəhbərliyinin təşəbbüsü ilə Ümummilli lider Heydər Əliyevin 100 illiyi münasibətilə institutun həyətində ağac və güllər əkilib.
Aksiyada institutun həkim əməkdaşları və kollektivi iştirak edib.
Qeyd edək ki, xəstəxananın ərazisində 100-dən çox qızılgüllər əkilib.