6 may 2023-cü il tarixində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar olaraq, Səhiyyə Nazirliyi və Azərbaycan Tibb Universitetinin təşkilatçılığı ilə “Holiday İnn” hotelində beynəlxalq elmi-praktik konqres keçirilib. Konqresdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova Elmi-Tədqiqat Pediatriya İnstitutunun rəhbərliyi və həkim əməkdaşları iştirak edib. Konfransda institutun direktoru t.ü.f.d. Lətif Zeyniyev və müalicə işlər üzrə direktor müavini t.ü.f.d.,dos.Aynur Poluxova bölmələr üzrə sədr qismində iştirak edib. Direktorun elmi işlər üzrə müavini, t.e.d.,dos Nailə Rəhimova “Vaxtından əvvəl doğulan uşaqlar: səbəblər, nəticələr, proqnoz”, elmi katib, t.ü.f.d.,dos. Sevinc Nəsirova “Yenidoğulanlarda nekrotik enterokolit zamanı qidalandırmanın strategiyası” mövzusunda təqdimatla çıxış ediblər.