Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda Elmi Şuranın 7 saylı (sentyabr ayı üçün) növbəti iclası keçirilib
İnstitutun direktoru, Elmi Şuranın sədri t.ü.f.d., dosent Aynur Poluxova keçirilən iclasın gündəliyinə institutda hazırlıq keçən həkim-rezidentlərin və onların rəhbər-kuratorlarının illik hesabatlarının müzakirəsi və rezidentlərin attestasiyası, həmçinin müxtəlif məsələlərin daxil olduğunu bildirib. İclasda rezidentlərin 2025-ci il üçün hesabatları dinlənilib. Hesabatların təqdimatından sonra Şura üzvləri tərəfindən geniş müzakirələr aparılıb, elmi fəaliyyətin təkmilləşdirilməsi istiqamətində tövsiyələr verilib. Açıq …










