Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda (ETPİ) Elmi Şuranın növbəti iclası keçirilib
Şuranın sədri, t.ü.f.d.,dos. Aynur Poluxova iclası açaraq gündəlikdəki məsələləri diqqətə çatdırıb, açıq səsvermə ilə təsdiq olunub. Elmi Şuranın gündəliyində duran məsələlər – K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun elmi şöbəsinin (yenidoğulmuş və vaxtından əvvəl doğulmuşların patologiyası elmi şöbəsi) hesabatı, müsabiqə məsələləri, o cümlədən müxtəlif məsələlər olub. Hesabat ətrafında müzakirələr aparılıb, qənaətbəxş hesab olunub. Elmi Şurada institutun …










