news

Bu gün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan 1 saylı Körpələr evində valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün yeni il öncəsi tibbi aksiya keçirlib

Aksiyada Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri Fazil Hüseynbəyov, Qadın, ana, uşaq və yeniyetmələrin sağlamlığının qorunması sektorunun müdiri Aynurə Zeynalova, Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru vəzifə səlahiyyətlərini icra edən t.ü.f.d.,dos. Aynur Poluxova, Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun baş həkimi Kamil Eyvazov və digər ixtisaslı həkimlər iştirak ediblər. Bu aksiya çərçivəsində …

Bu gün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan 1 saylı Körpələr evində valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün yeni il öncəsi tibbi aksiya keçirlib Read More »

Azərbaycanda 10 yaşa qədər uşaqların qızılcaya qarşı vaksinasiyasına dair Səhiyyə Nazirliyinin Məlumatı

Valideynlərin nəzərinə çatdırmaq istəyirik ki, uşaqların sağlamlığının qorunması və yoluxma hallarının qarşısının alınması məqsədilə ölkədə qüvvədə olan “Profilaktik peyvəndlər təqvimi”nə əsasən 1 və 6 yaşlarında olan bütün uşaqlar 2 dəfə qızılca, epidemik parotit və məxmərək infeksiyalarına qarşı vaksinasiya olunmalıdırlar. https://sehiyye.gov.az/media/xeberler-ve-yenilikler/az-rbaycanda-10-yasa-q-d-r-usaqlarin-qizilcaya-qarsi-vaksinasiyasina-dair-s-hiyy-nazirliyinin-m-lumati/?fbclid=IwAR3_TNwz7JLyWb1I6lQ-HpYd6UsyPhzH4sCR-eEkuCcEvDHc2L2yc2s8KZI

Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna ağır vəziyyətdə çatdıırılan körpə sağalaraq evə yola salınıb

34-cü hestasiya həftəsində doğulan körpə ağır vəziyyətdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun Reanimasiya və intensiv terapiya şöbəsinə (RİTŞ) çatdırılıb. Ətraflı müayinə zamanı körpəyə anadangəlmə pnevmoniya, tənəffüs pozğunluğu sindromu, doğuş zamanı az bədən çəkisinin digər halları, perinatal dövr üçün spesifik olan digər infeksiyası, pulmonar hipertenziya digər dəqiqləşdirilmiş səbəblərlə neonatal sarılıq diaqnozları qoyulub. …

Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna ağır vəziyyətdə çatdıırılan körpə sağalaraq evə yola salınıb Read More »

Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun təqaüdə yola salınan növbətiTəşəkkürnamə ilə təltif olunub

Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun təqaüdə yola salınan növbəti əməkdaşı 40 illik əmək fəaliyyətindən sonra (1983) Təşəkkürnamə ilə təltif olunub. Bu gün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda keçirilən Həmkarlar təşkilatının növbəti iclasında institutun Vaxtından əvvəl doğulmuşların patologiya şöbəsinin tibb bacısı Məlahət Məmmədova təntənəli şəkildə təqaüdə yola salınıb. Məlahət Məmmədova …

Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun təqaüdə yola salınan növbətiTəşəkkürnamə ilə təltif olunub Read More »

44 günlük Vətən Müharibəsinin şəhidi Musa Məhəmmədovun əkiz bacı-qardaşı ETPİ-də sağalaraq evə yola salınıb

Şanlı Ordumuzun qalib gəldiyi 44 günlük Vətən Müharibəsinin şəhidi Musa Məhəmmədovun əkiz bacı-qardaşı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna çatdırılıb. Körpələr institutun direktoru vəzifə səlahiyyətlərini icra edən t.ü.f.d.,dos. Aynur Poluxova tərəfindən ətraflı müayinə olunublar. Müayinə zamanı körpələrə virus mənşəli enteritlər, ezofagitlə birgə müşahidə olunan qastroezofaqeal refluks diaqnozları qoyulub. Əkizlərin Yoluxucu Xəstəliklər şöbəsinin …

44 günlük Vətən Müharibəsinin şəhidi Musa Məhəmmədovun əkiz bacı-qardaşı ETPİ-də sağalaraq evə yola salınıb Read More »

Ümumdünya QİÇS-lə Mübarizə Gününə həsr olunan tədbirdə ETPİ-nin rəhbərliyi və əməkdaşları iştirak edib

1 dekabr – Ümumdünya QİÇS-lə Mübarizə Gününə həsr olunan maarifləndirici tədbir keçirilib. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Ölkə Əlaqələndirmə Komissiyası və nazirliyin Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən təşkil olunan konfransda Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun rəhbərliyi və əməkdaşları iştirak edib. Tədbirdə səhiyyə, sosial yönümlü dövlət qurumları və beynəlxalq təşkilatlar, o cümlədən İİV-in …

Ümumdünya QİÇS-lə Mübarizə Gününə həsr olunan tədbirdə ETPİ-nin rəhbərliyi və əməkdaşları iştirak edib Read More »

ETPİ-nin direktoru vəzifə səlahiyyətlərini icra edən t.ü.f.d.,dos Aynur Poluxova Beynəlxalq Elmi Konqresdə çıxış edib

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən “Ana və Uşaq sağlamlığı: mövcud problemlərə müasir baxış” mövzusunda 27 noyabr 2023-cü il tarixində Beynəlxalq Elmi Konqres başlayıb. Konqresin ikinci günü Neonatologiya və Pediatriyada yeniliklərə həsr olunub. Konqresin ikinci gününün rəsmi açılışında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru vəzifə səlahiyyətlərini icra edən …

ETPİ-nin direktoru vəzifə səlahiyyətlərini icra edən t.ü.f.d.,dos Aynur Poluxova Beynəlxalq Elmi Konqresdə çıxış edib Read More »