events

Azərbaycan Respublikasının səhiyyə naziri Astanada keçirilən ÜST-nin Avropa Regional Komitəsinin 73-cü sessiyasında çıxış edib

Astanada Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Komitəsinin 73-cü sessiyası öz işinə başlayıb. Sessiyada ÜST-nin Avropa regionunda ali idarəetmə orqanı olan Regional Komitənin 53 üzv dövlətinin səhiyyə nazirləri, digər yüksək vəzifəli rəsmiləri, və beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər. Azərbaycan Respublikası sessiyada səhiyyə naziri Teymur Musayevin başçılıq etdiyi nümayəndə heyəti ilə təmsil olunur. https://sehiyye.gov.az/media/xeberler-ve-yenilikler/az-rbaycan-respublikasinin-s-hiyy-naziri-astanada-keciril-n-ust-nin-avropa-regional-komit-sinin-73-cu-sessiyasinda-cixis-edib/?fbclid=IwAR0hd1Uem9swdaARyAlPVuiPtBDqXFw8fUies-W795H9QHHavxN2yZOlRUs

Ümumdünya Poliomielitlə Mübarizə Günüdür

Oktyabrın 24-ü Ümumdünya Poliomielitlə Mübarizə Günüdür. “Rotari” beynəlxalq qeyri-hökumət təşkilatının təşəbbüsü ilə təsis olunan Ümumdünya Poliomielitlə Mübarizə Gününün məqsədi ictimaiyyətin diqqətini poliomielitə və onun nəticələrinə cəlb etmək, həmçinin vaxtında profilaktik tədbirlərin görülməsinə yönəltməkdir.

Prezident İlham Əliyev Sumqayıtda bir sıra müəssisələrin açılışında və təməlqoyma mərasimlərində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də Sumqayıtda olub. Dövlətimizin başçısı Ulu Öndər Heydər Əliyevin Sumqayıt şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib, yenidən qurulan Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda yaradılan şəraitlə tanış olub, 2 saylı Sumqayıt Şəhər Xəstəxanasının yeni binasının açılışında iştirak edib.

ETPİ-yə ağır vəziyyətdə çatdırılan körpə sağalaraq evə yola salınıb

Uşaq doğulduqda diaqnoz qoyulmadığına görə, qidalandırılıb və 3 günlüyündə ağır vəziyyətdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun Reanimasiya və intensiv terapiya şöbəsinə (RİTŞ) çatdırılıb. Ətraflı müayinə zamanı körpəyə qida borusunun atreziyası, distal traxeoezofageal fistul, aspirasion pnevmoniya diaqnozu qoyulub. Həkim-reanimatoloq Gülnarə Quliyeva tərəfindən aparılan əməliyyatönü hazırlıqdan sonra körpə əməliyyata alınıb. Həkim-cərrah Umud Musayev …

ETPİ-yə ağır vəziyyətdə çatdırılan körpə sağalaraq evə yola salınıb Read More »

Vaxtından əvvəl doğulanlarda qidalanmanın hesablanması mövzusunda onlayn təlim keçiriləcək

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda 25 oktyabr 2023-cü il tarixində 2 saat olmaqla Moskva şəhəri, Rusiya Federasiyası Səhiyyə Nazırliyi “Akademik V.İ.Kulakov adına Mamalıq, Ginekologiya və Perinatologiya Milli Tibbi Tədqiqat Mərkəzinin 2-ci yenidoğulmuşların və vaxtından əvvəl doğulmuş uşaqların patologiya şöbəsinin müdiri, neonatologiya və pediatriya kafedrasının dosenti Qroşeva Yelena Vladimirovna tərəfindən “Vaxtından əvvəl …

Vaxtından əvvəl doğulanlarda qidalanmanın hesablanması mövzusunda onlayn təlim keçiriləcək Read More »

Həkim-rezidentlərin bilik və bacarıqlarının artırılması məqsədilə növbəti ənənəvi seminar keçirilib

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda həkim-rezidentlərin bilik və bacarıqlarının artırılması məqsədilə növbəti ənənəvi seminar keçirilib. Seminarda institutun həkim-kollektivi və həkim-rezidentlər iştirak ediblər. Həkim-qastreoenteroloq Dilarə Bayramovanın rəhbərliyi altında Səfurə Eminova “Yenidoğulmuşların qidalandırılması” mövzusunda ətraflı təqdimatla çıxış edib. Həkim-rezident çıxışında ana südü ilə qidalanmanın üstünlükləri, onun uşaq orqanizminə olan müsbət təsiri, düzgün döşə …

Həkim-rezidentlərin bilik və bacarıqlarının artırılması məqsədilə növbəti ənənəvi seminar keçirilib Read More »

ETPİ-nin həkim-mütəxəssisi ZOOM platforması vasitəsilə təqdimatla çıxış edib

İslamabad, Karaçi, Daşkənddə 20 oktyabr 2023-cü il tarixində keçirilən “Uşaqlarda anadangəlmə qüsurlar: problemlər, onların həlli yolları” və 4 –cü Qidalanma Forumunda Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya institutunun həkim-mütəxəssisi Arzu Əliyeva ZOOM platforması vasitəsilə təqdimatla çıxış edib. Bizim institutumuzun öz təcrübəsində nadir rast gəlinən “Pompe xəstəliyi: Diaqnostik və terapevtik aspektlər” barədə klinik müşahidəni …

ETPİ-nin həkim-mütəxəssisi ZOOM platforması vasitəsilə təqdimatla çıxış edib Read More »

ETPİ-də mülki müdafiə qüvvələri ilə xəbərdarlıq toplanış məşqi keçirilib

Bu gün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda mülki müdafiə tədbirlər planına əsasən mülki müdafiə qüvvələri ilə xəbərdarlıq toplanış məşqi keçirilib. Tədbirdə institutun bütün şöbələrindən əməkdaşlar iştirak edib. İnstitutun mülki müdafiə üzrə mütəxəssisi Natəvan Rzayeva “Bioloji silahlar” mövzusunda məruzə edib. Bioloji silahlar, onların döyüş xüsusiyyətləri, istifadə üsulları və onlardan qorunma yollarından danışıb. …

ETPİ-də mülki müdafiə qüvvələri ilə xəbərdarlıq toplanış məşqi keçirilib Read More »

ETPİ-də Süd Vəzi Xərçəngi ilə Mübarizə Aylığı çərçivəsində maarifləndirici seminar keçirilib

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda Ümumdünya Süd Vəzi Xərçəngi ilə Mübarizə Aylığı çərçivəsində maarifləndirici seminar keçirilib. Seminarda institutun həkim-kollektivi, həkim-rezidentlər iştirak ediblər. İnstitutun Anesteziologiya və reanimatologiya elmi bölməsinin müdiri t.ü.f.d.Yeganə Qasımovanın rəhbərliyi ilə həkim-rezident Ləman Əzizova süd vəzi xərçənginə dair ətraflı təqdimatla çıxış edib. Həkim-rezident çıxışında süd vəzi xəçəngi, onun əlamətləri, …

ETPİ-də Süd Vəzi Xərçəngi ilə Mübarizə Aylığı çərçivəsində maarifləndirici seminar keçirilib Read More »

ETPİ-də Elmi Şuranın (oktyabr ayı üçün) 3 saylı iclası keçirilib

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda (ETPİ) Elmi Şuranın növbəti (oktyabr ayı üçün) 3 saylı iclası keçirilib. Elmi Şuranın 17 nəfər üzvünün iştirakı ilə keçirilən iclasın gündəliyində – K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun klinik bölmələrinin (Yenidoğulmuşların patologiya şöbəsi, Erkən yaşlı uşaqların cərrahiyyə şöbəsi, Yoluxucu Xəstəliklər şöbəsi) 2023-cü ilin ilk yarımillik (III kvartal …

ETPİ-də Elmi Şuranın (oktyabr ayı üçün) 3 saylı iclası keçirilib Read More »