Admin Admin

2007-ci il iyunun 15-də BMT Baş Assambleyasının qəbul etdiyi qərarla 2 oktyabr tarixi Beynəlxalq Qeyri-zorakılıq Günü kimi qeyd edilir.

Elmi Şuranın növbəti iclası keçirilib

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda (ETPİ) Elmi Şuranın növbəti (sentyabr ayı üçün) iclası keçirilib. İclasda Elmi Şuranın gündəliyində duran məsələlər- K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun klinik bölmələrinin (Vaxtından əvvəl doğulanların patologiyası şöbəsi və Pediatriya şöbəsi) 2023-cü ilin ilk 6 ayının, ETPİ-nin doktorant və dissertantlarının hesabatları, o cümlədən cari məsələlər olub. Hesabatlar …

Elmi Şuranın növbəti iclası keçirilib Read More »

Tanınmış ictimai-siyasi xadim Qənirə Ələsgər qızı Paşayeva vəfat edib

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun rəhbərliyi və kollektivi ictimai-siyasi xadim, Milli Məclisin deputatı, Azərbaycan Dövlət Tibb Universitetinin Pediatriya fakültəsinin məzunu, tanınmış jurnalist Qənirə Ələsgər qızı Paşayevanın vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsi və yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin.

PALS kursunu bitirən iştirakçılara sertifikatlar təqdim olunub

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda 18-19 iyul 2023-cü il tarixilərində keçirilən Pediatrik Təkmil Həyat Dəstəyi (Pediatric Advanced Life Support (PALS)) kursunu bitirən əməkdaşlarımıza bu gün Amerika Ürək Assosiasiyasının beynəlxalq sertifikatı təqdim edilib. Təqdimat ETPİ-nin konfrans zalında keçirilib.

ETPİ-də 27 Sentyabr Anım günü ilə bağlı tədbir keçirilib

Bu gün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda 27 Sentyabr Anım günü ilə bağlı tədbir keçirilib. Tədbirdə institutun rəhbərliyi və əməkdaşları iştirak ediblər. İlk öncə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra rəhbərlik çıxışında Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə Ali Baş Komandanın ətrafında …

ETPİ-də 27 Sentyabr Anım günü ilə bağlı tədbir keçirilib Read More »

Türkiyə Respublikasının İzmir şəhərində keçirilən konqresdə ETPİ-nin həkim mütəxəssisləri onlayn olaraq çıxış ediblər

Türkiyə Respublikasının İzmir şəhərində 23-25 sentyabr 2023-cü il tarixlərində Səkkizinci Beynəlxalq Ege Konqresləri çərçivəsində “Beynəlxalq Ege Sağlıq və Fen Bilimleri” Konqresi baş tutub. Konqres canlı və onlayn olaraq keçirilib. Konqresdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun elmi katibi, t.ü.f.d., dos. Sevinc Nəsirova “Yenidoğulanlarda nekrotik enterokolitin müalicəsi zamanı probiotiklərin əhəmiyyəti” və institutun yenidoğulanların …

Türkiyə Respublikasının İzmir şəhərində keçirilən konqresdə ETPİ-nin həkim mütəxəssisləri onlayn olaraq çıxış ediblər Read More »

ETPİ-də bu il rezidenturaya qəbul olan həkim-rezidentlərlə görüş keçirilib

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda (ETPİ) bu il rezidenturaya qəbul olan həkim-rezidentlərlə görüş keçirilib. Tədbirdə institutun rəhbərliyi, ETPİ-nin şöbə müdirləri, elmi bölmə rəhbərləri və həkim-rezidentlər iştirak ediblər. İlk öncə rəhbərlik rezidenturaya yeni qəbul olunan rezidentləri təbrik edib, institutda təhsil üçün mövcud olan vəziyyət, onların yüksəkixtisaslı həkim kimi yetişməsi, elmi araşdırmaların aparılması …

ETPİ-də bu il rezidenturaya qəbul olan həkim-rezidentlərlə görüş keçirilib Read More »