Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda Ümumdünya Əl Yuma Günü münasibətilə 15 oktyabr 2025-ci il tarixində maarifləndirici tədbir keçirilib
Tədbirin əsas məqsədi tibb personalı arasında əl gigiyenasının əhəmiyyətini bir daha xatırlatmaq və xəstəxanadaxili infeksiyaların qarşısının alınmasında düzgün gigiyenik vərdişlərin vacibliyini vurğulamaq olub. Tədbirdə institutun İnfeksion nəzarət və kontrol komitəsinin sədri, pediatr Səbinə Cəfərova, baş tibb bacısı Nazilə Məmmədova, tibb bacıları, orta və kiçik tibb işçiləri iştirak ediblər. İnfeksion nəzarət və kontrol komitəsinin sədri, pediatr …










