Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu olaraq məqsədimiz uşaqların sağlamlığının etibarlı şəkildə qorunması və müasir tibbin ən son imkanlarının tətbiqidir.
🔬 Müasir Diaqnostik İmkanlarımız:
✅ Bronxoskopiya – tənəffüs yollarında baş verən problemlərin (xroniki öskürək, yad cismin daxil olması, bronxit, bronxial anomaliyalar və s.) araşdırılması üçün institutda bronxoskopik müayinə də aparılır.
✅ Qastroskopiya və Kolonoskopiya – mədə, onikibarmaq bağırsaq və yoğun bağırsaq xəstəliklərinin erkən mərhələdə aşkarlanması üçün aparılan bu endoskopik müayinələr artıq institutda uşaqlar üçün xüsusi şəraitdə, tam təchiz olunmuş endoskopiya otağında həyata keçirilir. Müayinələr təcrübəli qastroenteroloq və anestezioloqlar tərəfindən icra olunur
🖥️ Yüksək texnologiyalı Kompüter Tomoqrafiyası (KT) cihazı – uşaqlarda orqan və sistemlərin strukturunu detallı və sürətli şəkildə dəyərləndirməyə imkan verir.
KT müayinəsi nə üçün istifadə olunur?
✅ KT müayinəsi aşağıdakı hallarda geniş tətbiq olunur:
✅ Baş beyin, kəllə sümükləri və burunətrafı ciblərin müayinəsi
✅ Qarın boşluğu orqanlarının patologiyalarının aşkarlanması
✅ Döş qəfəsi orqanlarının xəstəliklərinin diaqnostikası
✅ Sümük və oynaqların zədələnmələrinin qiymətləndirilməsi
✅ Beyin, kəllə sümükləri, döş qəfəsi və qarın boşluğunun travmatik zədələnmələrinin müəyyənləşdirilməsi
✅ Onurğa sütununun müxtəlif xəstəliklərinin diaqnozu
Bu müayinə üsulları:
🔹 Diaqnostik prosesin dəqiqliyini artırır
🔹 Erkən mərhələdə xəstəliklərin aşkarlanmasına şərait yaradır
🔹 Müalicənin daha effektiv planlanmasına kömək edir
🧠💓 Yeni nəsil ultrasəs cihazı –İnstitutun avadanlıq parkına daxil edilmiş ekspert sinifli, notebook formatında, universal ultrasəs müayinə cihazı ilə körpələrin ürək, qarın boşluğu, beyindaxili və digər orqan müayinələri daha dəqiq və çevik şəkildə şöbələrdə xəstələrin çarpayısının yanında aparılır.
📌 4 ötürücülü (pediatrik kardiak, xətti, konveks, mikrokonveks (neonatal) cihaz, xüsusilə yenidoğulmuş və erkən yaşlı uşaqların ürək, qarın, beyin və digər daxili orqanlarının ətraflı və təhlükəsiz müayinəsi üçün nəzərdə tutulub.
🧪 Laboratoriya Şöbəsi-institutun laboratoriya şöbəsində aşağıdakı müayinələr aparılır:
- Biokimyəvi müayinə–37 adda
- Hormon müayinə–7 adda
- Klinik müayinə (qanın ümumi analizi, qan qazı aparatının müayinələri, nəcisin ümumi analizi, sidiyin ümumi analizi, qan qrupunun təyini, helmint yumurtası,EÇS, Nəcisdə gizli qan, Qan qrupu təyini və digərləri)–9 adda
- İnfeksion xəstəliklərə dair test–16 adda
- Koaquloqram test–8 adda
- Qanın ümumi analizi- 22 parametr üzrə
- Qan qazları – 34 parametr üzrə
👩🏻⚕️ Texnologiya dəyişir, amma məqsədimiz eynidir:
Uşaqların sağlamlığına ən düzgün zamanda ən dəqiq yanaşma!

