Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda Ümumdünya Əl Yuma Günü münasibətilə 15 oktyabr 2025-ci il tarixində maarifləndirici tədbir keçirilib

Tədbirin əsas məqsədi tibb personalı arasında əl gigiyenasının əhəmiyyətini bir daha xatırlatmaq və xəstəxanadaxili infeksiyaların qarşısının alınmasında düzgün gigiyenik vərdişlərin vacibliyini vurğulamaq olub.
Tədbirdə institutun İnfeksion nəzarət və kontrol komitəsinin sədri, pediatr Səbinə Cəfərova, baş tibb bacısı Nazilə Məmmədova, tibb bacıları, orta və kiçik tibb işçiləri iştirak ediblər.
İnfeksion nəzarət və kontrol komitəsinin sədri, pediatr Səbinə Cəfərova “İnfeksion nəzarət və kontrolun iş prinsipləri” mövzusunda təqdimatla çıxış edib. O, bildirib ki, əl gigiyenası infeksiyaların yayılmasının qarşısını almaqda ən sadə, lakin ən təsirli üsullardan biridir. Effektiv infeksion nəzarət sistemi yalnız fərdi məsuliyyətlə deyil, həm də kollektiv əməkdaşlıqla qurula bilər. O, çıxışında bu kimi maarifləndirici tədbirlərin davamlı keçirilməsinin vacibliyini vurğulayıb.
Daha sonra çıxış edən baş tibb bacısı Nazilə Məmmədova bildirib ki, əl gigiyenası tibb müəssisələrində infeksion nəzarətin başlıca istiqamətlərindən biridir və bu sahədə maariflənmə daim ön planda saxlanmalıdır. Tibb bacılarının və ümumilikdə səhiyyə işçilərinin gigiyena qaydalarına düzgün əməl etməsi xəstələrin və işçilərin təhlükəsizliyini təmin edən əsas amillərdəndir. ETPİ-də infeksion nəzarət tədbirləri yüksək səviyyədə təşkil olunub və bu istiqamətdə davamlı təlim və nəzarət işləri həyata keçirilir. O, iştirak edən tibb bacılarını və digər texniki personalı öz fəaliyyətlərində gigiyenik standartlara daha da diqqətlə yanaşmağa çağırıb.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *