Səhiyyə Nazirliyi K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda 2025-ci ildə rezidenturaya qəbul olunmuş gənc həkim-rezidentlərlə görüş keçirilib

Görüşdə institutun direktoru, elmi işlər üzrə direktor müavini və elmi katib iştirak ediblər.
Bu il institutda 5 rezident pediatriya ixtisası üzrə, 1 rezident isə uşaq cərrahiyyəsi ixtisası üzrə qəbul olunub.
Görüş zamanı institutun direktoru yeni rezidentləri təbrik edib, onların gələcək fəaliyyətlərində uğurlar arzulayıb və həkim peşəsinin məsuliyyətindən danışıb. Qeyd olunub ki, gənc həkimlərin təcrübə qazanması üçün institutun həkim heyəti onlara dəstək olacaq.
Hər bir rezident özü haqqında qısa məlumat verib və onlar rəhbər kuratorların təyini ilə tanış olublar.
Tədbirdə həmçinin artıq bir müddətdir institutda fəaliyyət göstərən rezidentlər də iştirak edib, öz təcrübələrini bölüşərək gənc həmkarlarına dəstək olublar.
Səhiyyə Nazirliyi K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda 2025-ci ildə rezidenturaya qəbul olunmuş gənc həkim-rezidentlərlə görüş keçirilib. Görüşdə institutun direktoru, elmi işlər üzrə direktor müavini və elmi katib iştirak ediblər.
Bu il institutda 5 rezident pediatriya ixtisası üzrə, 1 rezident isə uşaq cərrahiyyəsi ixtisası üzrə qəbul olunub.
Görüş zamanı institutun direktoru yeni rezidentləri təbrik edib, onların gələcək fəaliyyətlərində uğurlar arzulayıb və həkim peşəsinin məsuliyyətindən danışıb. Qeyd olunub ki, gənc həkimlərin təcrübə qazanması üçün institutun həkim heyəti onlara dəstək olacaq.
Hər bir rezident özü haqqında qısa məlumat verib və onlar rəhbər kuratorların təyini ilə tanış olublar.
Tədbirdə həmçinin artıq bir müddətdir institutda fəaliyyət göstərən rezidentlər də iştirak edib, öz təcrübələrini bölüşərək gənc həmkarlarına dəstək olublar.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *