Səhiyyə Nazirliyi K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu və Qırğızıstan Respublikası “Ana və Uşaqların Mühafizəsi Milli Mərkəzi” ilə qarşılıqlı əməkdaşlıq memorandumu əsasında son 5 ildə institutda aparılan planlı işlərin nəticəsi olaraq “Pediatriyada sübutlu təbabət” mövzusunda birgə monoqrafiyanın çap olunması planlaşdırılır.
ETPİ-nin Uşaq xəstəlikləri üzrə elmi şöbəsinin əməkdaşları t.ü.f.d. Günay Salehova və k.e.i. Qəmər İsgəndərova 02-09 sentyabr 2025-ci il tarixlərində İtaliya, Roma şəhərində keçirilən 10-cu Beynəlxalq Tibb və Sağlıq Bilimleri Konqresində onlayn məruzə ilə çıxış ediblər.
19-20 sentyabr 2025-ci il tarixlərində Özbəkistan Respublikası, Səmərqənd şəhərində keçiriləcək “Uşaq cərrahiyyəsində innovativ texnologiyalar” mövzusunda beynəlxalq konqresdə Erkən yaşlı uşaqların cərrahiyyəsi şöbəsinin müdiri Ümid Musayev və həkim-cərrah Sabir Novruzovun məruzə ilə çıxışı nəzərdə tutulub.
28-30 sentyabr 2025-ci il tarixlərində keçiriləcək “Gevher Nesibe 15-ci Beynəlxalq Sağlık Bilimleri Konqresi” və 07-08 oktyabr 2025-ci tarixlərində “3-cü Uluslararası Sağlık Bilimlerinde Vaka Analizi ve Olgu Sunumu” Kongresində institutun Tibbi-sosial araşdırmalar və elmi-tədqiqat işlərinin planlaşdırılması üzrə elmi şöbə və Uşaq xəstəlikləri üzrə elmi şöbənin əməkdaşları onlayn məruzə ilə çıxış edəcəklər.
ETPİ-nin həkim-pediatrları t.ü.f.d., dos. Gülnaz Ağayeva və Aygün Manafova 15-19 oktyabr 2025-ci il Şimali Kipr Türk Cümhuriyyətində keçiriləcək 69-cu Türkiyə Milli Pediatri Konqresində iştirak edərək poster məruzə təqdim edəcəklər.
21-23 oktyabr 2025-ci il tarixlərində BƏƏ, Dubay şəhərində keçiriləcək 4-cü Beynəlxalq Pediatriya, Perinatologiya və Uşaq Sağlamlığı Sammitində institutun əməkdaşları t.ü.d. Nüşabə Pənahova, t.ü.f.d., dos. Aytəkin Adilova və t.ü.f.d. Günay Salehova məruzə ilə çıxış edəcəklər.

