Bu gün Səhiyyə Nazirliyi K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, dosent Aynur Poluxova institutun müxtəlif struktur bölmələrində çalışan əməkdaşlarla – həkimlər, şöbə müdirləri, tibb bacıları, kiçik tibb personal ilə toplantı keçirib. Müəssisədə bu gün üçün prioritet məsələlər barədə hesabat verilib, qarşıda duran problemlərin həlli üçün görülən işlərin planını açıqlayıb.
Görüş zamanı direktor tərəfindən keyfiyyətli tibbi xidmətin təşkilində əməkdaşlardan asılı olan məsələləri, müraciət edən pasiyentlərin hər tərəfli müayinə və müalicəsinin təşkili, valideynlərlə aparılan maarifləndirmə işləri və onların məmunluğunun təmin edilməsində hər kəsin rolunu xüsusi qeyd edib.
Tədbir çərçivəsində mühafizə polisi Elcan Vəliyev təşəkkürnamə ilə təltif olunub. Xəstə Xidmətləri və Tibbi sığorta şöbəsinin əməkdaşlarının yüksək səyi nəticəsində əldə olunan nailiyyətlər kollektivin diqqətinə çatdırılıb.
Toplantı institut daxilində peşəkar fəaliyyətin möhkəmləndirilməsi və işgüzar mühitin daha da inkişaf etdirilməsi baxımından əhəmiyyət kəsb edib.


