İnstitutunun direktoru, Elmi Şuranın sədri t.ü.f.d., dos Aynur Poluxova keçirilən iclasın gündəliyinə İnstitutun elmi şöbələrinin (Yenidoğulmuş və vaxtındanqabaq doğulmuş uşaqların patologiyası elmi şöbəsi, Uşaq xəstəlikləri (Pediatriya üzrə elmi şöbə) Tibbi sosial araşdırmalar və elmi-tədqiqat işlərinin planlaşdırılması şöbəsi və Diaqnostik tədqiqatlar laboratoriyası) 2025-ci il üçün yarımillik hesabatı, müsabiqə məsələlər və müxtəlif məsələlərin daxil olduğunu bildirib.
İclasda elmi şöbələrin rəhbərləri tərəfindən 2025-ci il üçün yarımillik hesabatlar dinlənilib. Hesabatların təqdimatından sonra Şura üzvləri tərəfindən geniş müzakirələr aparılıb, elmi fəaliyyətin təkmilləşdirilməsi istiqamətində tövsiyələr verilib. Açıq səsvermə nəticəsində hesabatlar qənaətbəxş hesab edilib.
Elmi katib, t.ü.f.d., dosent Sevinc Nəsirova gündəlikdəki digər məsələlər, o cümlədən elmi şöbəyə vakant yerlə əlaqədar “Tibb” qəzetində dərc olunmuş elan barəsində məlumat verib. Elmi şurada hesablayıcı komisiya yaradılıb (sədr t.e.d.,dos. Adilə Haciyeva, üzvləri t.ü.f.d.,dos. Aytəkin Adilova və t.ü.f.d., Sevinc Mehdiyeva). Komissiya İsgəndərli Qəmər Niyazi qızının Uşaq xəstəlikləri Pediatriya elmi şöbəsinə kiçik elmi işçi vəzifəsinə vakant yerini tutmaq üçün gizli səsvermə zamanı aldığı səsləri hesablamaq üçün seçilib. Elmi şuranın 17 nəfərdən ibarət üzvlərindən 15 nəfərdəni iclasda iştirak edib. 15 bülleten paylanmış və paylanmamış qalan bülletlərin sayı 2 olub. Səsvermənin nəticələrinə görə İskəndərli Qəmər Niyazi qızının Uşaq xəstəlikləri Pediatriya elmi şöbənin kiçik elmi işçi si vakant vəzifəsinin tutulmasına 10 nəfər lehinə, 5 nəfər ələhinə səs verib.
Elmi Şurada, həmçinin, “Tibb” qəzetinin 30 iyun 2025-ci il №11–12 (819) sayında dərc olunan Səhiyyə Nazirliyi K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun vakant vəzifələri haqqında məlumat verilib. (Anesteziologiya və reanimatologiya üzrə elmi şöbə – böyük elmi işçi (2,0), kiçik elmi işçi (1,0), Uşaq cərrahiyyəsi üzrə elmi şöbə – şöbə müdiri (1,0), böyük elmi işçi (1,0), kiçik elmi işçi (2,0))
İclasda, eyni zamanda, avqust ayında Qazaxıstan Respublikasında keçiriləcək “Qazaxıstan Uşaq Cərrahiyyəsi Günləri” mövzusunda beynəlxalq konqres, sentyabr ayında isə Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək “Uşaq cərrahiyyəsində innovativ texnologiyalar” mövzusunda beynəlxalq elmi-praktik konfrans barədə məlumat verilib və əməkdaşların iştirakı nəzərdə tutulub.
Bundan əlavə, yerli konfrans və konqreslər haqqında məlumat şura üzvlərinin nəzərinə çatdırılıb.
Sonda direktor qarşıya qoyulan vəzifələrin uğurla həyata keçirilməsi üçün öz tapşırıq və tövsiyələrini verib.


