Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun (ETPİ) dissertantı Nərmin Əzizovanın “Kritik vəziyyətdə olan 1 yaşa qədər uşaqlar arasında anadangəlmə anomaliyaların diaqnostikası və proqnostik təhlili” mövzusunda dissertasiya işinin ilkin müzakirəsi keçirilib.
Müzakirə zamanı tədqiqatın elmi yeniliyi, praktiki əhəmiyyəti, istifadə olunan diaqnostik və proqnostik qiymətləndirmə metodları, xəstələrin qruplaşdırılması meyarları və əldə olunmuş ilkin nəticələr ətrafında iştirakçılar tərəfindən suallar verilib, geniş fikir mübadiləsi aparılıb və dəyərli təkliflər səsləndirilib.
Təqdim edilən iş müsbət qiymətləndirilmiş və ilkin müzakirədə qeyd olunan tövsiyələr nəzərə alınmaqla növbəti mərhələdə müzakirəsi (yekdilliklə səsvermə yolu ilə) məsləhət görülmüşdür.

