Nəsirova Sevinc- K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktorun elmi işlər üzrə müavini, t.ü.f.d., dosent

Nəsirova Sevinc Ramiz qızı 1998-ci ildə Azərbaycan Tibb Universitetini fərqlənmə diplomu ilə bitirmişdir. 

1998-2002-ci illər ərzində K.Y. Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutunda ordinatura keçmişdir. 

2002-ci ildən 2008-ci ilə qədər Azərbaycan Tibb Universiteti II müalicə-profilaktika fakultəsinin uşaq xəstəlikləri kafedrasında  aspiranturada təhsil almışdır. 

2010-cu ildə “Müxtəlif mədə-bağırsaq xəstəlikləri olan südəmər uşaqlarda probiotiklərin və bioterapevtik agentlərin tətbiq edilməsinin səmərəliliyinin qiymətləndirilməsi” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 

2011-cu ildə “tibb üzrə fəlsəfə doktoru” elmi dərəcəsi, 2017-ci ildə “dosent” elmi adı almışdır. 

2011-2014-cü illərdə ET Pediatriya İnstitutunda Tibbi-sosial araşdırmalar və elmi-tədqiqat işlərinin planlaşdırılması elmi bölməsinin rəhbəri vəzifəsində işləmişdir. 

2014-2025-ci illər ərzində ET Pediatriya İnstitutunun elmi katibi, 2025-ci ilin sentyabr ayından direktorun elmi işlər üzrə müavini vəzifəsində çalışır. 

Nüfuzlu jurnal və konqres materiallarında 100-dən çox elmi işi, 4 metodik tövsiyə dərc olunmuş, müxtəlif  beynəlxalq konfrans və konqreslərdə iştirak və çıxış etmişdir. “Azərbaycan Perinatologiya və Pediatriya Jurnalı”nın redaksiya şurasının üzvüdür.