Nəsirova Sevinc- K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun elmi katibi, t.ü.f.d., dosent
Nəsirova Sevinc Ramiz qızı 1998-ci ildə Azərbaycan Tibb Universitetini fərqlənmə diplomu ilə bitirmişdir.
1998-2002 illər ərzində K.Y. Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutunda ordinatura keçmişdir.
2002-ci ildən 2008-ci ilə qədər Azərbaycan Tibb Universiteti II müalicə-profilaktika fakultəsinin uşaq xəstəlikləri kafedrasında aspiranturada təhsil almışdır.
2010-cu ildə “Müxtəlif mədə-bağırsaq xəstəlikləri olan südəmər uşaqlarda probiotiklərin və bioterapevtik agentlərin tətbiq edilməsinin səmərəliliyinin qiymətləndirilməsi” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.
2011-cu ildə “tibb üzrə fəlsəfə doktoru” elmi dərəcəsi, 2017-ci ildə “dosent” elmi adı almışdır.
2011-2014-cü illərdə ET Pediatriya İnstitutunda Tibbi-sosial araşdırmalar və elmi-tədqiqat işlərinin planlaşdırılması elmi bölməsinin rəhbəri vəzifəsində işləmişdir.
2014-cü ildən ET Pediatriya İnstitutunun elmi katibidir.
Nüfuzlu jurnal və konqres materiallarında 98-ə qədər elmi işi, 4 metodik tövsiyə dərc olunmuş, müxtəlif beynəlxalq konfrans və konqreslərdə iştirak və çıxış etmişdir. “Azərbaycan Perinatologiya və Pediatriya Jurnalı”nın redaksiya şurasının üzvüdür.