Yoluxucu Xəstəliklər Şöbəsi
K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya
İnstitutunun YOLUXUCU XƏSTƏLİKLƏR şöbəsi 1995-ci
ildən fəaliyyət göstərir. İnstitutda
2013-2014-cü illər ərzində aparılan əsaslı təmir-bərpa və yenidənqurma işlərinin
başa çatdırılması nəticəsində “Diaqnostik bokslar” “Yoluxucu xəstəliklər şöbəsi” adı altında fəaliyyət göstərməyə
başlamışdır. Şöbə yeni tibbi avadanlıq və
müasir cihazlarla təmin edilmiş, boks tipli 8 palata təşkil olunmuşdur. Yoluxucu xəstəliklər şöbəsi 25 çarpayılıqdır. Şöbədə 2 həkim: Babayeva Nərgiz,
Qayıbova Svetlana, 3 nəfər Azərbaycan
Tibb Universitetinin I Uşaq xəstəlikləri kafedrasının assistentləri-Ağayeva Gülnaz, Cəfərova Səbinə, İsmayılova Sevinc çalışır. Şöbədə13.5 orta tibb, 10 vahid kiçik tibb personal çalışır.
Hər il 700 nəfərə yaxın xəstə Yoluxucu xəstəliklər şöbəsində müalicə
olunaraq sağalma və yaxşılaşma
ilə evə yazılırlar.
Şöbədə rezidentlərlə hazırlıq istiqamətində fəal iş
aparılır. Şöbədə həm Pediatriya İnstitutunun, həm də digər tibb müəssisələrinin həkim- rezidentləri təqvim planı üzrə hazırlıq keçir.Onlar şöbədə xəstələrin müalicəsi
ilə məşğul olur, seminar məşğələlərində iştirak edir, institutda cədvəl üzrə növbədə
qalırlar.
Azərbaycan Respublikasının Prezidentinin 10 dekabr 2013-cü il tarixində 150 saylı sərəncamı ilə təsdiq edilmiş “Uşaqların icbari dispanserizasiyası haqqında Dövlət proqramı” nın icrasını təmin etmək
məqsədilə şöbənin əməkdaşları 2015-ci
ilin aprel və sentyabr ayları ərzində
Respublikanın rayonlarında
ezamiyyətdə olmuşlar. Belə ki,
N.Babayeva- Mingəçevir, Daşkəsən,Göygöl, S.Qayıbova –Ağdam, Tərtər, Bərdə şəhərlərində
uşaq əhalisinin icbari dispanserizasiyasının
keçirilməsinə nəzarət məqsədi ilə ezamiyyətdə olmuşlar.
Şöbədə müalicə alan xəstələr nevroloq, otorinolarinqoloq, oftalmoloq, hematoloq,
kardioloq, uroloq göstəriş olduqda isə cərrah tərəfindən
müayinə edilirlər. Xəstələrin laborator müayinəsi klinik biokimyəvi, bakterioloji, immunoloji, seroloji
laboratoriyalarda aparılır.Həmçinin funksional diaqnostik müayinələr
(neyrosonoqrafiya, exokardioqrafiya,doppleroqrafiya, daxili üzvlərin ultrasəs müayinəsi, EEQ və s.) aparılır.
Klinik
laboratoriyada qan, sidik, nəcisin
ümumi analizləri aparılır. Uzun müddət hərarəti olan xəstələr QİÇS-ə və malyariyaya, hepatomeqaliya
aşkar edilən xəstələrdə Hepatit B və C virusları yoxlanılır, göstəriş olduqda xəstələr həmçinin
toksoplazmoz, SMV, herpes, xlamidioz, leyşmanioz və s. görə müayinə olunurlar. Yoluxucu xəstəliklər şöbəsində müalicə alan uşaqlar arasında diaqnostika
və müalicə üçün aşağıdakı xəstəliklər rast gəlinir: diareya sindromu ilə müşayiət
olunan kəskin respirator xəstəlik, kəskin
bronxit, pnevmoniya; sepsis, şərti patogen bakteriyalar törədən enterokolitlər, salmonelyoz, fermentopatiyalar, dizbakterioz,
anemiya, hipotrofiya , raxit.
Xəstələr dərman və yeməklə təmin olunurlar, həkimlərin
peşakarlığı və müalicənin müasir üsullarla aparılması xəstələrin tez bir
zamanda sağalmasına zəmin yaradır.
Nərgiz Babayeva
şöbə müdiri