Yenidoğulmuş Və Vaxtındanqabaq Doğulmuş Uşaqların Patologiyası Elmi Şöbəsi
Yenidoğulan və vaxtındanqabaq doğulanların
patologiyası şöbəsinin elmi bölməsi 1978-ci ildə təşkil olunmuşdur. Elmi bölməyə
1993-cü ilə kimi t.e.d.,prof. N.Ə.Tağıyev rəhbərlik etmişdir. “Yenidoğulanların
fiziologiyası və patologiyası” problemi üzrə elmi tədqiqatlar
planlaşdırılmışdır. Bu illər ərzində Respublikada ilk dəfə olaraq Ku-qızdırma,
xlamidioz, toksoplazmoz, listerioz kimi infeksiyaların yenidoğulma dövrünün
patologiyalarında rolu aşkar edilmişdir. Yenidoğulanlarda irinli-septiki xəstəliklərin
etiologiyası, diaqnostikası, müalicə məsələlərinə dair elmi tədqiqatlar
aparılmışdır. İrinli-septiki xəstəliklər keçirən yenidoğulan körpələrin 1 yaşa
kimi katamnestik müşahidəsi aparılmış, dispanserizasiya tədbirləri işlənib
hazırlanmışdır. Həmin illər ərzində 9 nəfər namizədlik dissertasiyası medafiə
etmişdir.
Respublikamızın müstəqillik əldə etdiyi illərdə
elmi bölmədə ölkəmiz üçün daha aktual və daha çox praktik əhəmiyyət kəsb edən
elmi tədqiqatlara üstünlük verilmişdir. Bu baxımdan yenidoğulan körpələrdə HV,
SMV, toksoplazmoz və Respublikada ilk dəfə olaraq mikoplazmoz, enterovirus,
Koksaki A və B virusları kimi bətndaxili infeksiyaların yayılması, diaqnostikası, müalicə və
profilaktikası məsələlərinə, hiperbilirubinemiya, yenidoğulanlarda kəllədaxili
qansızmalar və TPS olan vaxtındanqabaq
doğulan körpələrdə osmotik homeostazın vəziyyətinin öyrənilməsinə və korreksiya
üsullarının təyin edilməsinə dair geniş miqyaslı elmi araşdırmalar
aparılmışdır. Yenidoğulan körpələrdə bətndaxili infeksiyaların patogenezində immun sistemin, iltihabönü və
iltihabəleyhinə sitokinlərin rolu sübut olunmuşdur.
İlk dəfə
olaraq yenidoğulanlarda baş beyin zədələnmələrində, serebral pozulmaların inkişafında, onların formalaşmasında herpes, sitomeqalovirus,
Epştein-Barr və s. kimi infeksiyaların rolu təsdiq olunmuşdur (prof. Ş.K. Şirəliyeva,
prof. N.C. Quliyev, A.K. Məmmədbəyli, G. M.Qurbanova).
Elmi bölmədə 1995-ci ildən etibarən bətndaxili
infeksiyalar ilə bağlı aparılan çoxşaxəli araşdırmaların nəticələri elmi məqalələrdə,
elmi məruzələrdə, metodik tövsiyələrdə, səmərələşdirici təkliflərdə, 20 tibb
üzrə fəlsəfə doktorluğu dissertasiyalarında əks olunmuşdur. Bu dövrdə yanaşı olaraq yenidoğulanlarda
MSS-nin hipoksik zədələnməsi zamanı qaraciyər və böyrəklərin funksional vəziyyəti
öyrənilmişdir, yaranan dəyişikliklərin korreksiya yolları təyin edilmişdir.
Yenidoğulanlar arasında xüsusi mövqeyə malik olan,
xəstələnmə və ölüm göstəriciləri hələ də yüksək olan vaxtındanqabaq
doğulanların (VQD) bəslənməsi, çox rast gələn xəstəliklərin erkən
diaqnostikası, proqnozu və müalicə
üsullarının optimizasiyası həm nəzəri, həm də praktiki cəhətdən mühüm əhəmiyyət
kəsb edir. Bölmədə ə.e.x., prof. N.C.Quliyev və prof.S.Ş.Həsənovun rəhbərliyi
ilə bir sıra elmi-tədqiqat işləri, o cümlədən namizədlik və doktorluq
dissertasiyaları yerinə yetirilmişdir.
Müəlliflər tərəfindən VQD uşaqlarda RDS-nun ən
optimal müalicə üsulları təklif edilmiş, VQD sepsisin müalicəsində pentoqlobin
preparatının səmərəliliyi elmi cəhətdən əsaslandırılmışdır.
2001-2016-cı illərdə elmi bölmənin fəaliyyəti əsas
2 problemə həsr olunmuşdur.
Problem
1-“Yenidoğulan uşaqlarda bətndaxili infeksiyalar”.
Problem
2-“Yenidoğulan uşaqlarda mərkəzi sinir sisteminin perinatal hipoksik-işemik zədələnmələri”.
Qeyd olunan problemlər üzrə geniş miqyaslı elmi tədqiqatlar aparılmışdır. Elmi axtarışların nəticəsində yenidoğulan körpələrdə perinatal
infeksiyaların müasir diaqnostik prinsipləri, müalicə-profilaktika tədbirləri
hazırlanmışdır. Perinatal infeksiyalar keçirmiş körpələrin südəmər yaşlarda
sağlamlığını qiymətləndirən alqoritm tərtib edilmişdir. Bölmədə aşağıdakı
mövzularda doktorluq dissertasiyaları
mövzuları yerinə yetirilir:
1.
A.S.Hacıyeva
“Perinatal asfiksiya keçirmiş yenidoğulanlarda
poliorqan zədələnmələrin erkən diaqnostikası, müalicəsi və proqnozu”. Elmi məsləhətçi-prof.S.Ş.Həsənov
2.
N.C.Rəhimova
“Yenidoğulanlarda
perinatal infeksiyaların klinik-immunogenetik aspektləri, proqnozu və
müalicəsi”. Elmi məsləhətçi-ə.e.x., prof.N.C.Quliyev
Son illər yenidoğulan körpələr arasında
sarılıqların geniş vüsət alması bu problemə yeni yanaşma zərurətini doğurur.
Bölmədə aparılan elmi araşdırmalar (prof. N.C.Quliyev, L.F.Əliyeva) hüceyrənin
enerji mübadiləsini xarakterizə edən göstəricilərin neonatal sarılıqların
diferensial-diaqnostik və xəstəliyin ağırlaşmaların qarşısını alabiləcək
proqnostik meyarların təyin edilməsinə imkan vermişdir.
2011-ci ildən başlayaraq Respublikamızda ilk dəfə
yenidoğulan körpələrdə nekrotik
enterokolit (HEK) kimi ağır, təhlükəli xəstəliyin erkən diaqnostikası, klinik
xüsusiyyətləri, müasir müalicə məsələləri
sahəsində elmi araşdırmalar aparılır.
Elmi bölmədə 2 nəfər böyük elmi işçi, o cümlədən,
bölmə rəhbəri və 6 nəfər kiçik elmi işçi fəaliyyət göstərir.
Son
5 ildə bölmə əməkdaşları tərəfindən
______dissertasiya işi müdafiə olunmuş, 230 elmi iş, 8 metodik tövsiyə çap
olunub. Elmi işçilər elmi-praktik, beynəlxalq konfranslarda (Türkiyə, Rusiya
Federasiyası, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, İtaliya, Niderland və s.)
elmi məruzələrlə çıxış edirlər. Bölmənin əməkdaşları elmi fəaliyyətlə yanaşı,
yenidoğulan körpələrin müayinə və müalicəsi ilə məşğul olur, Respublikanın
rayonlarına uşaq əhalisinə praktik yardım göstərmək məqsədilə ezam olunmuşlar.
Əməkdaşlar radio, televiziya verilişlərində,
kütləvi-informasiya vasitələrində yenidoğulanların qidalanması,
perinatologiyanın aktual problemləri mövzusunda çıxışlar edirlər.
Mahirə Əfəndiyeva
şöbə müdiri, t.ü.f.d., dosent