Vətən müharibəsinin şəhid həkimi Adil Əfəndiyev

Vətən müharibəsində şəhid olan həkimlərimizdən biri də Adil Əfəndiyevdir.

Adil Naxçıvanda, Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edirdi. Müharibə başlayandan sonra döyüş bölgəsinə gətirilən Adil Əfəndiyev Qubadlı istiqamətində gedən döyüşlərdə yaralı komandiri Anar Əliyevin həyatını xilas edərkən aldığı ağır qəlpə yarasından şəhidliyə ucalır.

Ölümündən sonra Azərbaycan Respublikası Prezidenti tərəfindən 4 medalla təltif olunub.

Canları bahasına neçə-neçə əsgərin həyatını xilas edən qəhrəman həkimlər, bu xalq sizi heç vaxt unutmayacaq. Allah bütün şəhidlərimizə rəhmət etsin!