Vaxtındanqabaq doğulmuşların patologiyası şöbəsi

Vaxtından qabaq doğulanların  patologiyası şöbəsi K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun tərkibində keçən əsrin 60-cı illərindən fəaliyyət göstərməyə başlamışdır. Respublikamızda səhiyyəyə göstərilən qayğı nəticəsində, şöbə yeni tibb avadanlıqları ilə təmin edilmişdir. Belə ki, şöbədə CPAP aparatı, küvezlər, monitorlar, perfuzorlar, fototerapiya üçün aparat, qızdırıcı çarpayılar və ağır xəstələrin oksigenlə təminatı üçün xətt mövcuddur. Şöbə 40 çarpayılıqdır. Şöbə xəstələrin müalicəsi üçün lazım olan dərman preparatları və tibbi ləvazimatlar ilə gündəlik təmin olunur. Şöbədə yüksək ixtisaslaşmış tibb üzrə fəlsəfə doktorları, kiçik elmi işçilər, neonatoloqlar və təcrübəli tibb bacıları fəaliyyət göstərirlər. Burada humanizm prinsipləri əsas tutularaq, vaxtından əvvəl doğulmuş uşaqlara yüksək səviyyəli qulluq göstərilir və tibbin əldə etdiyi son nailiyyətlərdən istifadə etməklə müalicə aparılır.

Son beş il ərzində şöbəyə hər il qəbul olunan vaxtından əvvəl doğulmuş uşaqların sayı1500- 1800 arası təşkil etmişdir ki, bu xəstələr 2-5 həftə davam edən müalicədən sonra yaxşılaşma ilə evə yazılmışlar. Lakin,ekstremal az kütlə ilə daxil olan uşaqlara uzun müddət müalicə olunur və qulluq göstərilir. 2016-cı ildə ekstremal az kütlə ilə daxil olan  uşaqlar  yəni hestasiya yaşı 29 həftədən aşağı olanlar 35 (2,1%) nəfər, hestasiya yaşı 29-31 həftə arasında olan, yəni  çox az kütlə ilə doğulan uşaqlar 953 (57%), hestasiya  yaşı 32-34 həftə arasında olanlar 568 (34,1%), hestasiya  yaşı 35-37 həftə arasında olanlar 114 (6,8%) təşkil etmişdir.

Şöbəyə xəstələr reanimasiya şöbəsindən, rayonların və Bakı şəhərinın  dogum evlərindən, perinatal mərkəzlərdən, özəl tibb müəsisələrindən daxil olurlar. Şöbədə ekstremal az kütlə və çox az kütlə ilə doğulan uşaqlara yüksək səviyyəli tibbi xidmətin göstərilməsi üçün lazım olan şərait mövcuddur.

Şöbəyə daxil olan bütün xəstələr tibbi müayinəyə cəlb olunur, müxtəlif xəstəliklərin müalicəsi və reabilitasiyası aparılır. Xəstələr şöbədə müxtəlif diaqnozlarla – tənəffüs pozğunluğu sindromu, mərkəzi sinir sisteminin müxtəlif mənşəli zədələnmələri, neonatal sarılıqlar, hemolitik sarılıq, fetal hepatit, osteomielit, nekrotik enterekolit, sepsis, pnevmoniya, inkişaf qüsurları, irsi xəstəliklər, bətndaxili infeksiyalar və s. müalicə olunurlar. Diaqnozların qoyulmasında klinik baxışla yanaşı laborator xidmətdən, USM, EXQ, rentgen müayinəsindən istifadə olunur. Şöbəyə daxil olan bütün xəstələrə baş beynin neyrosonoqrafiyası, daxili orqanların və oynaqların USM aparılır. Yenidoğulanlar  müxtəlif mütəxəssislər tərəfindən- nevroloq, oftalmoloq, otolorinqoloq, cərrah tərəfindən müayinə olunurlar. Bəzi ehtiyac olan hallarda neyrocərrah, hematoloq, və kardioloqun baxışı aparılır.

Vaxtındanqabaq doğulan uşaqlar gözlənilmədən gəliş edirlər və onların həm valideynlərı və həm də özləri stres vəziyyəti keçirirlər. Valideynlər uşağın yaşamaq şansından, normal psixomotor inkişafından və inkişaf edə biləcək ağır patologiyalarda narahat olurlar. Yenidoğulanlar isə sakit bir mühitdən səsli-küylü, oddu-alovlu bir mühitin içərisinə düşürlər. Ona görə bizim şöbədə həm anaların və həm də uşaqların qorunma rejiminə əməl edilir. Çəkisi nisbətən çox olan və küvezə ehtiyacı olmayan uşaqlar analarla birlikdə palataya yerləşdirilirlər. Analara rahat şərait yaradılıb və hər gün uşaqların vəziyyəti haqqında onlara məlumat verilir. Yenidoğulanların psixomotor inkişafının qorunması məqsədi ilə uşaqlar üçün qoruyucu rejim təşkil olunur, hər birinə fərdi qulluq olunur, zondla qidalandırılırlar.Dərin vaxtındanqabaq uşaqlar küvezdə yerləşdirilir. Onlar üçün ana bətni rejimi yaradılır, küvezin t-sı, nəmliyi nəzarətdə saxlanılır. Çox az kütləli uşaqlar zondla, lakin əmmə refleksi əmələ gələn vaxtından əvvəl doğulanlar ana südü ilə əmziklə və döşlə qidalandırılırlar. Uşaqlara aparılan qulluğun və qidalanmanın yerinə yetirilməsində yüksək təcrübəli, ixtisaslaşmış tibb bacıları fəaliyyət göstərirlər. 

Adilə Hacıyeva

şöbə müdiri, t.e.d.,dosent

Aytəkin Adilova

Nüşabə Pənahova

Leyla Heydərova

Həkim-pediatr, t.ü.f.d.,dosent
Həkim-pediatr, t.e.d
Həkim-pediatr

Lalə İsmayılova

Leyla Aslanova

Səbinə Qəhrəmanova

Günay Hüseynova

Həkim-pediatr
Həkim-pediatr
Həkim-pediatr
Həkim-pediatr

Arzu Misgərli

Pəri Məmmədova

Səbinə Məcidova

Həkim-pediatr
Həkim-pediatr
Həkim-pediatr