Vaxtından əvvəl doğulmuş  az kütləli körpə həyatı təhlükədən xilas olub.

Valideynlər 29 həftəlik  1050 qram çəki ilə doğulan körpəni  ağır vəziyyətdə  ETPİ-yə çatdırıblar. Körpəyə müayinə zamanı Perinatal dövr üçün spesifik olan dəqiqləşdirilməmiş infeksiya, Respirator distress sindrom (RDS), Neonatal sarılıq, Vaxtından əvvəl doğulmuş  az kütləli uşaq diaqnozları qoyulub.

Aparılan müayinə və müalicələrdən sonra körpənin vəziyyəti yaxşılaşıb, sərbəst qidalanır, çəkisini 1450 qr artırıb. Müalicə həkimi Orucova Tamilla xanıma və ETPİ-nin əməyi keçən bütün əməkdaşlarına təşəkkür edirik.