Uşaqlarda Covid-19 infeksiyasının fəsadları: MİS-C sindromu adlı vebinar keçirilib

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB və Elmi-Tədqiqat Pediatriya İnstitutunun birgə təşkilatçılığı ilə  Uşaqlarda Covid-19 infeksiyasının fəsadları: MİS-C sindromu adlı vebinar keçirilib.

Vebinar  Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru t.ü.f.d.A.A.Musayev və TƏBİB-in  Stasionar tibbi xidmətin təşkili şöbəsinin müdiri Kəmalə Ağayevanın açılış nitqi ilə başlayıb.

 

Vebinarda Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru t.ü.f.d.A.A.Musayev Qarın ağrısı zamanı MİS-C differensial diaqnostikası”,  ETPİ-nin həkimi Uzm.Dr.Azər Əhmədov “MİS-C xəstə müzakirəsi ”,  Uzm.Dr.Aynur İsmayılova “Qəbula müraciət edən xəstələrdə MİS-C differensial diaqnostikası” mövzusunda çıxış ediblər.