"Uşaq Cərrahiyyəsində Yeniliklər" adlı elmi-praktik konfrans

           Elmi-Praktik konfrans 15-16-17 aprel 2021-ci il, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda saat 14:00 – 18:30 -də çoxsaylı yerli və xarici tanınmış professor və mütəxəssisların  iştirakı ilə keçiriləcək.  Konfransın keçirilməsində məqsəd pediatrlar, cərrahlar və gənc tədqiqatçıları bir araya gətirmək, onların Abdominal Cərrahiyyə, Uşaq Urologiyası, Yanıq və döş qəfəsi cərrahiyyəsi mövzularında əldə etdikləri elmi yenilikləri dinləmək və fikir mübadiləsi aparmaqdır.