Ümumdünya Poliomielitlə Mübarizə Günüdür

Oktyabrın 24-ü Ümumdünya Poliomielitlə Mübarizə Günüdür. “Rotari” beynəlxalq qeyri-hökumət təşkilatının təşəbbüsü ilə təsis olunan Ümumdünya Poliomielitlə Mübarizə Gününün məqsədi ictimaiyyətin diqqətini poliomielitə və onun nəticələrinə cəlb etmək, həmçinin vaxtında profilaktik tədbirlərin görülməsinə yönəltməkdir.