Türkiyənin Səhiyyə Nazirliynin müdiri ETPİ-nin əməkdaşları ilə görüşüb

14 İyun 2021 il tarixində K.Y.Fərərcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun əməkdaşları Ankara Şəhər Uşaq Xəstəxanasında ixtisas biliklərini təkmilləşdirmək məqsədi ilə işə başlayıblar.

İnstitutun əməkdaşlarını Türkiyə Respublikasının Səhiyyə Nazırliyi,  AB və Xarici İşlər müdiri Dr. Selami Kılıç və Ankara Şəhər Uşaq Xəstəxanasının baş həkimi Prof. Dr.Emrah Şenel qəbul edib.

Məlumat üçün bildirək ki, K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu ilə Ankara Şəhər Uşaq Xəstəxanası arasında imzalanmış “Niyyət Protokolu”na əsasən icra olunur.