ETPİ-nin Əməkdaşları "Təşəkkürnamə" ilə təltif olunublar

Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru t.ü.f.d.A.A.Musayev 17 İyun-Tibb işçilərinin peşə bayramı  münasibət ilə bütün kollektivi təbrik edib. Tədbirin sonunda İnstitutun əməkdaşları qüsursuz və tibb sahəsində səmərəli fəaliyyətlərinə görə “Təşəkkürnamə”  ilə təltif olunublar.

Onu da qeyd edək ki, Azərbaycan Respublikasının Ümummilli  lideri Heydər Əliyevin Tibb işçilərinin peşə bayramı gününün təsis edilməsi haqqında 4 iyun 2001-ci il tarixli sərəncamına əsasən hər il 17 iyun Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur.