Pediatriya şöbəsi

Pediatriya şöbəsi 30 çarpayılıqdır. Şöbənin ştatında 3,25 vahid həkim, 15.5 vahid orta, 11.5 vahid kiçik tibb personalı var. Eyni zamanda pediatriya şöbəsində 2 böyük  elmi  işçi  və 3  kiçik elmi  işçi  fəaliyyət göstərir.Onlardan 3 nəfəri tibb üzrə fəlsəfə doktorudur. Pediatriya şöbəsində bronx-ağciyər xəstəliklərinin müalicəsi aparılır. Pasiyentlər əsasən  Pediatriya şöbəsinə diaqnostika və müalicə üçün aşağıdakı xəstəliklərlə müraciət edir: Əsas Xəstəliklər (KRX, bronxopnevmoniya, kəskin bronxit,kəskin bronxiolit, Ekssudativ plevrit, bronx-ağciyər displaziyası və s.), fon xəstəlikləri anemiya, hipotrofiya, raxit, timus vəzinin hiperplaziyası və s.) Xəstələrdə bəlğəmin  bakterioloji müayinəsi, immunoloji vəziyyətin müayinəsi, bronx-ağciyər  sistemində iltihabi prosesin aktivlik  dərəcəsinin və. s yoxlanılması peşəkar həkimlər tərəfindən və müasir üsullar ilə həyata keçirilir. Şöbədə yatan xəstələr bir qayda olaraq nevroloq, oftalmoloq, otorinolorinqoloq, zərurət olduqda isə cərrah tərəfindən  müayinə olunurlar. Klinik, biokimyəvi, bakterioloji, seroloji müayinələr, funksional-diaqnostik müayinələr (döş qəfəsi üzvlərinin rentgen müayinəsi, neyrosonoqrafiya, elektroensefaloqrafiya, exokardioqrafiya, doppleroqrafiya, daxili üzvlərin ultrasəs müayinəsi və s.) aparılır. Şöbədə müalicə olunan bütün xəstələr QİÇS –ə və malyariyaya, hepatomeqaliya ilə olan əstələr isə digər qaraciyər sınaqları ilə yanaşı, virus hepatitinə görə də yoxlanılır. Şübhəli xəstələr sitomeqalovirusa, toksoplazmoza, iersinioza, xlamidioza, ornitoza, leyşmanioza və s. görə müayinə olunurlar. Bronx-ağciyər xəstəliklərinin müalicəsində fizioterapevtik metodlardan- elektrofarez, inhalyasiya, müalicəvi massaj və s. istifadə edilir. Şöbə xəstələrin müalicəsi  üçün lazım olan dərman preparatları və tibbi ləvazimatlar ilə gündəlik təmin olunur. Analar gündə 3 dəfə yeməklə təmin olunurlar. Pediatriya şöbəsində xəstələr üçün yaradılmış rahat şərait, təcrübəli tibb bacılarının çalışqanlığı və səyi, həkimlərin peşəkarlığı və müalicənin müasir üsullarla aparılması xəstələrin tez bir zamanda sağalmasına zəmin yaradır. Hər il 1000 nəfərə yaxın  xəstə pulmonologiya şöbəsində müalicə olunaraq, yaxşılaşma və sağalma ilə evə yazılır. Şöbədə gənc kadrlarla da fəal iş aparılır. Belə ki, ATU–nun müalicə-profilaktika fakültəsinin  tələbələri şöbədə nəzəri hazırlıq keçməklə yanaşı praktik vərdişlərə də yiyələnirlər. Şöbədə həm Pediatriya İnstitutunun, həm də digər tibb müəssisələrinin həkim-rezidentləri Təqvim planı üzrə  hazırlıq keçir. Onlar səhər konfranslarında, seminar məşğələlərində iştirak  edir, şöbədə xəstələrin müalicəsi ilə məşğul olurlar.

Leyla Gülməmmədova

şöbə müdiri

Gülarə Həsənquliyeva

Aygün Fətəliyeva

Zemfira Mürsəlova

Gülnarə İlyasova

Həkim-pediatr, t.ü.f.d., dosent
Həkim-pediatr
Həkim-pediatr, t.ü.f.d
Həkim-pediatr

Arzu Alxasova

Aytən Əliyeva

Türkanə Məmmədova

Pərvanə Bağızadə

Həkim-pediatr
Həkim-pediatr
Həkim-pediatr
Həkim-pediatr

Günel Ağayeva

Günel Əliyeva

Aynur Seyidli

Xalidə Hacıyeva

Həkim-pediatr
Həkim-pediatr
Həkim-pediatr
Həkim-pediatr