TƏBİB-in "Neonatoloji xidmətin yaxşılaşdırılması, şəhər və rayonlarda neonatal ölümün azaldılması üzrə İşçi Qrupu"nun ilk iclası keçirilib.

TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı tibbi xidmətlərin keyfiyyətinin artırılması və səhiyyə sahəsindəki islahatların uğurla davam etdirilməsi üçün beynəlxalq təcrübəyə sahib gənc kadrların rolunun vacib olduğunu bildirib.

İşçi qrupunun rəhbəri, K. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Allahverdi Musayev neonatoloji xidmətin yaxşılaşdırılması, şəhər və rayonlarda neonatal ölümün azaldılması məqsədilə hazırlanan fəaliyyət planını sədrə təqdim edib. A.Musayev layihədə iştirak edən hər bir həkimin üzərinə düşən vəzifəni layiqincə yerinə yetirəcəyinə əminliyini bildirib.