Təşkilati Metodiki Şöbə

Təşkilati-metodik şöbə institut fəaliyyətə başladığı ilk vaxtlardan təşkil olunmuşdur. İnstitutda müalicə işləri ilə yanaşı, təşkilati-metodik işlər də aparılmışdır. Şöbənin əməkdaşları Respublikanın müxtəlif regionlarında ezamiyyətdə olmuş, həkimlər üçün seminar məşğələlər aparmış, uşaqların ölüm hadisələrinin araşdırılmasında, doğuşayardım, uşaq, xəstəxana-poliklinika müəssisələrinin, uşaq evlərinin fəaliyyəti barədə illik hesabatların qəbulunda iştirak etmiş, qadın və uşaqların sağlamlığının qorunmasına dair müxtəlif materialların hazırlanmasında Səhiyyə Nazirliyinə fəal köməklik göstərmişlər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 04 oktyabr 2010-cu il 77 saylı əmrinə əsasən yenidoğulmuşların vahid tibb elektron registri yaradılmışdır. Bununla əlaqədar ET Pediatriya İnstitutunda da elektron sistemə keçilmişdir. Belə ki, stasionar müalicə alan xəstələrin haqqında zəruri məlumatların operativ şəkildə elektron informasiya sisteminə ötürülməsi təmin edilmişdir. Bununla yanaşı, uzun illərdir ki, şöbənin əməkdaşları yeni diaqnostika, müalicə və profilaktika üsullarının işlənib hazırlanması məsələlərinə dair respublikanın bölgələrində metodik yardım fəaliyyətini davam etdirirlər.

Nuranə Məmmədova

şöbə müdiri

Mahitavan İsayeva

Aygün Qasımova