"Şəhidlər ölməz Vətən bölünməz"

Salyan rayonundan olan Ələkbərli Əlisahib adlı şəhidimiz Şəhid olduqdan sonra 22.05.2021-ci il tarixində övladı dünyaya gəlib və dünyaya gəldikdən sonra yenidoğulmuşun ağır patalogiyası rast gəlinib. Bu patologiya rast gəlindiyi üçün təcili göstəriş ilə klinikamıza gətirilib reanimasiya şöbəsinə yerləşdirilib. Şöbədə yüksək ixtisaslı , təcrübəli, peşəkar həkimlər tərəfindən yüksək səviyyədə tibbi xidmət göstərildikdən sonra Yenidoğulmuşların patalogiyası şöbəsinə köçürülüb. Şöbədə bir neçə gün müalicəsi davam etdikdən sonra Şəhidin bizlərə əmanaət qoyduğu övladını sağ salamat evə yola saldıq. Biz Elmi-Tədqiqat Pediatriya İnstitutu olaraq şəhidin övladının yetkinlik yaşına çatana kimi bütün müayinə və müalicəsini öhdəliyimizə götürdük. Şəhidimizə Allahdan rəhmət övladına can sağlığı, şəhidimizin adını uzun ömür yaşatmağı arzu edirik.