Rezidentura nədir?

Rezidentura – tibb ixtisasları üzrə baza ali tibb təhsili əsasında həkim-mütəxəssis hazırlığı formasıdır. Rezidentura təhsilinin məzmunu və təşkili qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 mart 2010-cu il tarixli qərarı ilə təsdiq edilib. Bu Qaydalar “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanıb və rezidenturada hazırlığın səviyyəsinə ümumi tələblər qoymaqla, yüksək ixtisaslı həkim-mütəxəssis hazırlığının səmərəliliyinin artırılması, təhsilin keyfiyyət səviyyəsinin ümum avropa tibb təhsili sisteminin prinsiplərinə uyğunlaşdırılması şərtilə respublikanın ali tibb təhsili sisteminin dünya tibb təhsili məkanına inteqrasiyasına və respublikada verilmiş tibb təhsili sənədlərinin beynəlxalq məkanda tanınmasına şərait yaradır. Rezidenturaya qəbul dövlət təhsil standartına uyğun olaraq hazırlanmış baza ali tibb təhsili proqramları əsasında, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 iyun 2011-ci il tarixli qərarı ilə təsdiq edilib. “Rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisasların təsnifatı”nda qeyd olunan həkim-mütəxəssis ixtisasları üzrə aparılır.
Rezidenturada ayrı-ayrı həkim-mütəxəssis ixtisasları üzrə təhsil müddəti 2 ildən 5 ilə qədərdir. Rezidenturada həkim-mütəxəssis hazırlığı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş klinik bazalarda və Naxçıvan Dövlət Universitetinin tibb fakültəsində aparılır. Azərbaycan Respublikasının vətəndaşları üçün rezidenturada təhsil dövlət sifarişi əsasında həyata keçirilir.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adında Elmi-Tədqiqat Pediatriya İnstitutunda 2011-ci ildən pediatriyanın müxtəlif sahələri və uşaq cərrahiyyəsi üzrə rezidentura təhsili aparılır.
Bu ildən institutda “uşaq qastroenterologiyası” ixtisası üzrə rezidentura təhsili başlanıb. 2023-cü ildə K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna 10 rezident- 2 nəfər uşaq cərrahiyyəsi, 2 nəfər qastroenteroloq, 1 nəfər neonatoloq, 5 nəfər pediatriya ixstisası üzrə qəbul olub.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *