K.Y.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutunun Anesteziologiya, reanimatologiya elmi bölməsi2010-cu ildən fəaliyyət göstərməyə başlamışdır. Elmi bölmədəbölmə rəhbəri, 1 nəfər böyük elmi işçi və 4nəfər kiçik elmi işçiçalışır, onlardan 2 nəfər tibb üzrə fəlsəfə doktorudur.
Bölmədə İnstitutun elmi istiqaməti çərçivəsində «Respublikada ana və uşaqların sağlamlığının monitorinqi, çox yayılmış xəstəliklərin müalicəsi və profilaktikası üsullarının təkmilləşdirilməsi» probleminə həsr olunmuş və neonatologiyanın aktual mövzularını əhatə edən elmi-tədqiqat işləri planlaşdırılmışdır. Son illər ərzində bölmədə “Kritik vəziyyətdə olan yenidoğulanların təxliyəsi, klinik-laborator müayinə üsulları və reanimasiya tədbirlərinin təkmilləşdirilməsi” mövzusunda planlı iş aparılır.Yenidoğulanların düzgün aparılmış təxliyəsı neonatal ölüm səviyyəsinin azaldılması baxımından böyük əhəmiyyət kəsb edir, bunu nəzərə alaraq tədqiqat zamanı Bakının və respublikamızın müxtəlif bölgələrinin doğum evlərində doğulan və kritik vəziyyətdə institutumuzun Anesteziologiya,reanimasiya və intensiv terapiya şöbəsinə təxliyə edilən yenidoğulanların vəziyyəti müxtəlif şkalalarla qiymətləndirilmiş, təxliyə səbəbi və təxliyə şəraiti, göstərilən tibbi xidmətin keyfiyyəti ətraflı öyrənilmiş və müvafiq təşkilati işlər görülmüşdür. Aparılan tədqiqatın nəticəsi olaraq neonatal ölümün azaldılması məqsədilə “Yenidoğulanların təxliyəsi” adlı metodik tövsiyə hazırlanmışdır.
Son 5 ildə bölmə əməkdaşları tərəfindən 60-dan çox elmi iş, o çümlədən 3 metodik tövsiyə çap olunmuşdur. Elmi işçilər elmi-praktik konfranslarda elmi məruzələrlə çıxış etmiş, elmi fəaliyyətlə yanaşı, yenidoğulan körpələrin müayinə və müalicəsi ilə məşğul olmuş, “Uşaqların icbari dispanserizasiyası haqqında Dövlət Proqramı”nın icrasını təmin etmək məqsədilə Respublikanın rayonlarına ezam olunmuşlar.