Rahat yat Vətən oğlu, oğlun bizə əmanət!

Vətən müharibəsində Şəhid olan mayor Rəhim Hüseynovun bizlərə əmanət qoyduğu övladı çox təəssüf olsun ki, anası atasının ölüm ildönümünə gedərkən yol qəzasında dünyasını dəyişib. Körpəmizi çox ağır vəziyyətdə daxili qanaxmayla bizə çatdırıblar. Erkən Yaşlı uşaqların cərrahiyyə şöbəsində yüksək ixtisaslı, təcrübəli, peşəkar həkimlər tərəfindən yüksək səviyyədə tibbi xidmət göstərildikdən sonra vəziyyəti daha da yaxşılaşıb.

Şöbədə bir neçə gün müalicəsi davam etdikdən sonra Şəhidin bizlərə əmanət qoyduğu övladını sağ salamat evə yola saldıq. Biz Elmi-Tədqiqat Pediatriya İnstitutu olaraq Şəhid övladının hər zaman arxasındayıq. Şəhidimizə Allahdan rəhmət övladına can sağlığı arzulayırıq.