Radiologiya Şöbəsi

K.Y.Fərəcova adına ETPİ-nun fəaliyyətinin ilk günündən rentgen müayinəsi aparılır. Rentgen müayinəsi geniş yayılmış informativ şüa-diaqnostika metodudur. 2014-cü ildən institut təzə stasionar SHİMADZU FLEXAVİSİON və portativ TOSHİBA PORTABLE aparatları ilə təmin olunmuşdur.

      Təzə avadanlıq bizə yüksək keyfiyyətli və minimal şüalanma dozası ilə rentgen müayinəsi aparmaq imkanı yaradır.

      Portativ aparat stasionarda müayinə məqsədi ilə vəziyyəti hədsiz ağır olan uşaqların yerində müayinəsinə imkan yaradır.

      Rentgen kabinetdə aşağıdakı müayinələr aparılır:

-döş qəfəsinin R-qrafiyası və R-skopiyası

-qarın boşluğunun R-qrafiyası və R-skopiyası

-sümük və oynaqların R-qrafiyası

-onurğa sütununun R-qrafiyası

-burun ətrafı ciblərin R-qrafiyası

-qida borusu və mədə -bağırsaq traktının kontrastlı R-qrafiya və R- skopiyası

-irriqoqrafiya və irriqoskopiya

-pnevmoirriqoskopiya

-ekskretor uroqrafiya

-kolostoqrafiya

-miksion sistoqrafiya

-fistuloqrafiya və s.

 Ultrasəs muayinəsi K.Y.Fərəcova adına ETPİ-da 1980-cı ildən fəaliyyət göstərir. Hal hazırda şüa-diaqnostika şöbəsində dörd stasionar və bir portativ cihaz istifadə olunur.

Pediatriya sahəsində Ultrasəs müayinəsi metodu müxtəlif xəstəliklərin diaqnostikasinda çox böyük  rol oynayır. Bu müayinənin üstünlüyu onun invaziv olmaması daxili orqan və sistemlərin qiymətləndirilməsində yuksək informativ olmasıdır. Müalicə zamanı Ultrasəs müayinəsinin bir necə dəfə aparılması müalicənin keyfiyyətinin dəqiq  olmasına zəmin yaradır. Həmçinin, ultrasəs müayinəsinin digər müayinə üsullarindan üstünlüyü müayinənin tez və zərərsiz olmasıdır. Xəstəliklərin müalicəsi nə qədər erkən başlanarsa, bir o qədər tez və effektiv olur. Ona görə də bu xəstəxananın mütəxəssisləri körpələrdə neonatal dövrdən etibarən və erkən yaşlı uşaqlarda bütün lazımi müayinələri aparırlar.

     Aparılan müayinələr:

 -neyrosonoqrafiya 

 -exokardioqrafiya

 -abdominal müayinə

 -bud-canaq  oynaqlarının müayinəsi

 -timus və qalxanvari vəzilərinin müayinəsi

 -limfa vəzilərinin müayinəsi

Nərgiz Xanəliyeva

şöbə müdiri

Fəxriyyə Əmrahova

Leyli Gülgəzli

Nigar Xudiyeva

Ülviyyə Mirhadıyeva

USM həkim
USM həkim
USM həkim
USM həkim