Qəbul şöbəsi hər bir stasionarın vacib bölməsidir. Qəbul şöbəsinə müraciət edən hər bir xəstəyə həkim və tibb bacısı tərəfindən yüksək ixtisaslı tibbi xidmət göstərilir. Qəbul şöbəsi Respublikanın bütün bölgələrindən, şəhər, rayon, kənd müalicə – profilaktika tibb müəssisələrindən göndərilmiş xəstələrin qəbulu və profil üzrə göndərilməsini həyata keçirir. İl ərzində institutun stasionara qəbul şöbəsində təxminən 11000-12000 xəstəyə tibbi xidmət göstərilir, bunlardan 9000-nə qədəri stasionarın müvafiq şöbələrində yerləşdirilir. Qəbul şöbəsinin əsas funksiyaları aşağıdakılardır:
Xəstələrin qəbulu və qeydiyyatı.
Həkimin baxışı.
Xəstələrə ilkin tibbi yardım.
Xəstələrin stasionar şöbələr üzrə hospitalizasiya olunmasının təmini.
Xəstələrin sanitar, gigiyenik təmizlənməsi.
Müvafiq tibbi sənədin qeydiyyatı.
Xəstələrin köçürülməsi.
Xəstələrin profil üzrə göndərilməsi
Qəbul şöbəsinə müraciət edən xəstələr şöbənin həkimi tərəfindən müayinə olunur, ilkin diaqnoz qoyulur və stasionar müalicəyə ehtiyacı olan xəstələr institutun müvafiq şöbələrində yerləşdirilir. Əgər lazım gələrsə, institutun digər ixtisaslaşdırılmış həkimlər, yüksək elmi dərəcəli mütəxəssislər, professorlar tərəfindən məsləhətləşdirilir. • • Müraciət edən xəstələr stasionarda profilə uyğun olmadığı halda ilkin tibbi yardım və müayinədən sonra uyğun profilli xəstəxanalara təcili tibbi yardım xidmətindən istifadə olunaraq göndərilir.