Pulmonologiya Bölməsi
Bronx-ağciyər xəstəlikləri ilə mübarizə problemi
pediatriya sahəsində ümdə məsələlərdən biri kimi qalmaqda davam edir,
çünki respirator xəstəliklərin əhəmiyyətli
dərəcədə tez-tez rast gəlməsi, onların
yüksək xüsusi çəkiyə malik olması
uşaq ölümü strukturunda aktual məsələ hesab olunur.
İnstitutda 5 mərtəbəli yeni korpusun istifadəyə
verilməsi ilə əlaqədar olaraq
1978-ci ildən etibarən yenidənqurma
işləri həyata keçirilmiş və yeni yaranan
«Pulmonologiya» elmi bölməsi fəaliyyət göstərməyə başlamışdır.
O vaxtdan başlayaraq bu bölmənin
əməkdaşları tərəfindən müalicə işləri ilə yanaşı, həm də bronx-ağciyər patologiyalarının müxtəlif aspektlərinə dair elmi tədqiqat
işləri də aparılmışdır.
İndiyə kimi əməkdaşlar tərəfindən 11 elmi tədqiqat işi müxtəlif
vaxtlara nəzərdə tutulmuş və
hamısı da vaxtında yerinə yetirilmişdir.
Respublikada ilk dəfə olaraq erkən yaşlı uşaqlarda
kəskin bronx-ağciyər xəstəliklərinin baş
verməsində virusların, bakteriyaların, müxtəlif növ törədicilərin prosesdə iştirakı
qiymətləndirilmişdir. Həmçinin, timomeqaliya və eksudativ kataral
diatez fonunda keçən bu xəstəliklərin
etioloji strukturu, yayılması, klinik-rentgenoloji və immunoloji xüsusiyyətləri kompleks şəkildə
tədqiq olunmuş, timus vəzinin böyümə dərəcəsi ilə immun sistem arasında əlaqə
müəyyən edilmişdir. Timomeqaliyanın yeni rentgenoloji üsulla təyin edilməsi
geniş şəkildə praktikaya tətbiq
edilmişdir.
Tənəffüs sistemi xəstəlikləri ilə tez-tez, uzun
müddət xəstələnən uşaqlarda oksigen metabolizmi sistemində uyğunlaşma-bərpa
reaksiyalarının vəziyyəti öyrənilmiş,
dismetabolizm halları müəyyən edilmiş, onun
müasir korreksiya üsulları tətbiq olunmuş, posthipoksik –işemik ensefalopatiya
fonunda pnevmoniyanın gediş xüsusiyyətləri dəqiqləşdirilmiş, xarici tənəffüs göstəriciləri, enerji mübadiləsi dəyişikliklərinin klinik-patogenetik əhəmiyyəti öyrənilmişdir.
Diaqnostik meyarlar əsaslandırılmışdır ki, bu da erkən bərpa proseslərinin mexanizminin aşkara
çıxarılmasına imkan verir və müalicə-profilaktika tədbirlərin
işlənib hazırlanmasına şərait yaradır.
Son elmi-tədqiqat işləri aşağıdakı nəticələrə gəlməyə imkan verir: xəstəliklərin
kompleks-klinik, biokimyəvi və immunoloji
aspekdə yoxlanılması xəstəliyin
dinamikasında cəmlənən mürəkkəb səbəb
–nəticələrin münasibətinin çoxluğunu göstərir ki, bu da patoloji
prosesin istiqamətini mühakimə etməyə əsas verərək xəstəliyin proqnozunu təyin
edir, lazımi terapevtik metodu seçməyə kömək edir. Bu xəstələrdə α-antitrinsinin və qanın faqositar fəallığının əhəmiyyətli
azalması baş verir. Fenotipin homoziqot
tiplərinin Hp 2-2; H 1-1 artma tezliyindən fəsadlaşmış
pnevmoniyalar zamanı diaqnostik
test kimi istifadə etmək olar. Erkən yaşlı uşaqlarda bronx-ağciyər xəstəlikləri
zamanı hemostazın vəziyyəti göstərdi ki, uşaqlarda fəsadlaşmış pnevmoniya
zamanı kəskinləşmə dövründə
hemostazın hiperkoaqulyasion istiqamətli
olması, plevritlərdə isə fibrinolizin fəallığı ağciyərlərdə destruksiyaların baş verəcəyi
ehtimalını göstərərək proqnostik əhəmiyyət daşıyır, antiproteazların
(kontrikal, qordoks) təyin olunmasının
vacibliyini reallaşdırır.
Şöbədə 6 tibb
elmləri namizədi hazırlanmış, 3 doktorluq dissertasiyasının materialları şöbədə yerinə yetirilmişdir.
Hal-hazırda 1 doktorluq işi və 1 namizədlik işi yerinə yetirilməkdədir.
Şöbədə yerinə yetirilən elmi-tədqiqat işlərinin nəticələri
ümumittifaq qurultayları,
konfransları və simpoziumlarının materialları
toplusunda, Belnəlxalq
simpoziumun materiallarında, həmçinin vaxtaşırı mötəbər mərkəzi jurnallarda, Pediatriya jurnalı, Kazan Tibb jurnalında, vaxtaşırı institutun elmi işlərə
həsr olunmuş məqalələr toplusunda dərc
edilmişdir.
Belə işlərin nəticələri Türk dünyası pediatrlarının
konqresində, həmçinin İranda-Tehran şəhərində keçirilən beynəlxalq pediatrların
konqreslərində də özünə yer tapmışdır.
Elmi işlərin yerinə yetirilməsinin yekununa və nəticələrinə
görə 2 səmərələşdirici təklif, 3 müəlliflik şəhadətnaməsi əldə edilmişdir.
Görülən işlərin nəticələri 250-dən artıq elmi iş,14
metodik tövsiyyə, 2 vəsaitdə işıqlandırılmışdır.
Bölmənin əməkdaşları tərəfindən 16 dissertasiya
işinə, aparıcı təşkilatın adından təqdim
olunan 14 dissertasiya işinə rəylər verilmişdir. Azərbaycan Tibb
Universitetinin nəzdindəki dissertasiya şurasının iclasında 8 dəfə rəsmi
opponent kimi çıxışlar etmişlər.
Əməkdaşlar respublikanın radio və televiziya
verilişlərində, müxtəlif qəzet və jurnallarda uşaqların müxtəlif xəstəliklərinin
profilaktikası və müasir müalicə üsulları mövzusunda həkim söhbətləri etmişlər.
Şöbənin əməkdaşları vaxtaşırı respublikanın
rayonlarında yaşayan uşaqlara praktik kömək göstərmək üçün ezam olunmuşlar.
Zenfira Mürsəlova
şöbə müdiri, t.ü.f.d., dosent