"Neonatoloji və Pediatrik Qidalanmaya Multidissiplinar Yanaşma"adlı konfrans başlanılıb.

Bugün 3 günlük Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi , Elmi-Tədqiqat Pediatriya İnstitutu Elmi-Tədqiqat Mama Ginekologiya İnstitutunun və Uptodate in Medicine-nin birgə əməkdaşlığı ilə “Neonatoloji və Pediatrik Qidalanmaya Multidissiplinar Yanaşma”adlı konfrans başlanılıb.

Tədbirin açılış nitqində Uzm.Op. Dr. Allahverdi Musayev(t.ü.f.d., Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru), Professor Lalə Allahverdiyeva(Azərbaycan Tibb Universitetinin Allerqologiya və immunologiya  kafedrasının müdiri, əməkdar elm xadimi, tibb elmləri doktoru, Bakı şəhəri Baş allerqoloqu);Dr Rüstəm Hüseynov(Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun şöbə müdiri, Səhiyyə Nazirliyinin baş neonatoloqu) iştirak ediblər.

K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru t.ü.f.d A.A.Musayev “Ana südü ilə Qidalanma ilə Nekrotik Enterokolit əlaqəsi” mövzusunda çıxış edib. Həmçinin institutun həkim əməkdaşı Uzm.Dr.Azər Əhmədov “Yenidoğulmuşun sarılığı” mövzusunda təqdimat edib.