
Rəhimova Nailə Cəlil qızı K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktorun elmi
işlər üzrə müavini, tibb elmləri doktoru, dosent.
1995-ci il Azərbaycan Tibb Universiteti
pediatriya fakultəsini bitirib.
1995-1996-ci il- K.Y.Fərəcova
adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda internatura keçib.
1996-2001 –ci illərdə 1 saylı Tibb Məktəbində müəllim.
2000-2006-ci illərdə – K.Y.Fərəcova adına
Elmi-Tədqiqat Pediatriya İnstitutunda aspirantura keçib.
2007-ci illərdə «Yenidoğulmuşlarda mərkəzi sinir
sisteminin hipoksik zədələnməsi zamanı böyrəklərin funksional vəziyyəti»
mövzusunda elmi iş üzərində çalışmış, namizədlik dissertasiyasını müdafiə edib.
Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya
Komissiyasının qərarı ilə 2008-ci ildə tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi,
2011-ci ildə isə “Dosent” elmi adı verilib.
2006-2014-ci illərdə K.Y.Fərəcova adına Elmi-Tədqiqat
Pediatriya İnstitutunda elmi katib vəzifələrində çalışıb.
2009-2016-cı illər ərzində Elmi-Tədqiqat Pediatriya
İnstitutunda yenidoğulanların patologiyası şöbəsinin müdiri vəzifəsində
çalışıb.
2014-cü ildən K.Y.Fərəcova adına Elmi-Tədqiqat
Pediatriya İnstitutunun elmi işlər üzrə direktor müavinidir.
2018-ci ildə «Yenidoğulan uşaqlarda perinatal
infeksiyalarin klinik-immunpatogenetik aspektləri, proqnozlaşdırılması və
müalicəsi» mövzusunda tibb üzrə elmlər doktoru elmi adını almaq
üçün dissertasiyanı müdafiə etmiş, AAK-sı tərəfindən 2019-ci ildə tibb elmlər
doktoru elmi adına layiq görülüb.
Nüfuzlu
jurnal və konqres materiallarında 137-ə qədər elmi işi, 8 metodik
tövsiyə, “İngilis-Türk-Azərbaycan tibbi terminlər” lüğəti dərc olunub. Çox
saylı milli və beynəxalq konqres, konfrans, təlimlərdə
cıxış etmiş və onların təşkilatında fəal
iştirak edib. Reproduktiv sağlamlıq xidmətlərində və
komminikasiyada kütləvi informasiya usulları», «Neonatoloji reanimasiya»
(Türkiyə, Ankara, 2008), «Neonatoloji kurs 3 ay» (Türkiyə, Ankara,2010),
«Building Capacity among Supervisiors of Trainees at the Residency Proqrams in
Azerbaijan» Rezidentura hazırlığı üzrə kusr (Türkiyə, Ankara, 2011), «Səhiyyədə menecment» (Rusiya, Moskva, 2014), «Uşaqlarda
kəskin vəziyyətlərdə təxirəsalınmaz yardım»(Rusiya, Moskva, 2017), «Uşaqlarda infeksion xəstəliklər zamanı təxirəsalınmaz
yardım» (Rusiya Federasiyası,
Sankt-Peterburq, 2019) üzrə ixsasartırma kursları keçib.
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun pediatriya
kafedrasının əvəzçilik dosenti kimi çalışır.
“Azərbaycan
Perinatologiya və Pediatriya Jurnalı”nın məsul katibidir.